Media nümayəndələri “Hədəf -15 Döş Nişanı”na layiq görülüb

20230725180904_IMG_0717Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 nəfər media nümayəndəsi “Hədəf -15 Döş Nişanı”na layiq görülüb.
Hədəf Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.
Milli Mətbuat Günü münasibəti ilə Hədəf Liseyi Abşeron filialında təşkil edilən tədbirin moderatoru doesnt Elvin Əliyev Heydər Əliyev və Müstəqil Azərbaycan Mediası haqqında çıxış etdi, giriş sözü ilə Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru Şəmil Sadiq milli təhsil brendimiz olan Hədəf Qrup haqqında geniş məlumat verdi, mətbuatla sıx əlaqələrindən danışdı, mükafatçıları təbrik edib Hədəfə gəstərdikləri dost münasibətə görə təşəkkürünü bildirdi.
Tədbirdə mediamızın tanınmış nümayəndələri Ümid Rəhimoğlu, Elçin Mirzəbəyli, Fuad Mədətov, Yunus Oğuz, Vuqar Rəhimzadə, Əkbər Qoşalı, Eltən Qədimbəyli, Çingiz Özgür, Anar Cəbrayıl, Azər Həsrət, Orxan Cabbarlı, Aqil Camal, Ceyhun Musaoğlu, Nadir Azəri, İlham Tomas, Rasim Sadıxov, Elçin Zahiroğlu, İradə Aytel, Nüşabə Hüseynova, Fira Cəlilova və s. iştirak etdi.
Çıxış edənlər Hədəf Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizi verdiyi töhfələrdən və Hədəf Konseptindəki yeniliklərdən danışdılar. Qonaqlar liseyin Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzib liseydəki şəraitlə tanış oldular.
Sonda isə Eltən Qədimbəylinin moderatorluğu ilə oxatma təlimi keçirildi.

20230725184324_IMG_0798 20230725182206_IMG_0730 20230725180906_IMG_0718 20230725180904_IMG_0717 20230725175712_IMG_0711 20230725174822_IMG_0687 20230725174059_IMG_0675 1690437215559 1690434926335 1690407538393 1690406479216 1690404030978 1690397399137 1690397174324 20230726_182353 20230726_182300

Yazıya 33 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.