Azərbaycanlı şagirdlərin beynəlxalq uğuru

simso-xeber7 azərbaycanlı şagird Taylandın paytaxtı Banqkok şəhərində keçirilən SIMSO (Siam International Math and Science Olimpiad) olimpiadasının final mərhələsində medal qazanıb.

kultur.az xəbər verir ki, ölkəmiz bu olimpiadada ilk dəfədir, iştirak edir.

Oğuz rayon şəhər 3 nömrəli məktəb-lisey şagirdi Dağlar Fətəlizadə qızıl, Bakı şəhər 274 nömrəli məktəbin şagirdi Aydan Ömərova, Salyan rayon 1 nömrəli Qarabağlı kənd məktəbinin şagirdləri Abel Fərəcov və İsmayıl Fərəcov gümüş, Bakı şəhər ADA məktəbinin şagirdi Fatimə Əlizadə, Bakı-Avropa Liseyinin şagirdi Məhəmməd Əliyev, Gənc İstedadlar Liseyinin şagirdi Əli Ağazadə bürünc medal qazanıblar.

Bundan başqa Dağlar Fətəlizadə öz kateqoriyası üzrə ən yüksək nəticə göstərərək çempion kubokuna, Aydan Ömərova isə ikinci ən yüksək nəticə göstərərək “Second runner up” kubokuna layiq görülüb.

Qeyd edək ki, olimpiada iki – ölkə üzrə seçim və beynəlxalq final mərhələsindən ibarətdir. Olimpiadanın ilk seçim mərhələsində Azərbaycanla yanaşı 50-yə yaxın ölkə də iştirak edib.

Əlavə məlumat üçün qeyd edək ki, olimpiadaya dəvət alanlar arasında Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq də olub.

Yazıya 42 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.