Elşən Əzim – Söylə nə vaxt, hər şey yaxşı olacaq? (tək şeir)

Təyyarə qəzası zamanı “hər şey yaxşı olacaq, kəmərləri bağlayın” deyib sərnişinləri sakitləşdirməyə çalışan, öz işini son nəfəsinədək ləyaqətlə, yüksək peşəkarlıqla icra edən Hökümə bacımızın və bütün həlak olanların xatirəsinə.

 

Hər əməlin pərdəlidir bir üzü,

Hər kəmərin ucu sehrə düyülmüş.

Pis işlərə vətən idi yer üzü,

Göylərdə də hər şey yaxşı deyilmiş.

 

Xeyir hələ qoynundadır gümanın,

Hər əməlin önü şərə bağlıdır.

Bəlkə açaq kəmərini dünyanın?

İndi hərə bir kəmərə bağlıdır.

 

Daş götürən göy üzünə daş atır,

Göy üzünün yağır daşı bir qucaq.

Sən ki haqqa yürümüsən, bilərsən,

Söylə nə vaxt, hər şey yaxşı olacaq?

Yazıya 120 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.