Səməd Vurğun haqda yazdıqlarını yaşının-sinninin boynuna qoyuram Əlisa Nicat, Allah sənə nicat versin!
50 yaşı tamam olmayan 119 yaşlı Səməd Vurğundan nə istəyirsiz? Belə “ağsaqqallar” olan yerdə 37 başlasa bir şair, bir yazıçı belə qalmaz. Ya Sibirə, ya da qəbirə gedər.
Özü deyirmiş: “Mən öləndən sonra çox hədyanlar olacaq. Bircə sənət karlığıma dəyməsinlər”. ” İnsan”da da deyir ki,
Nə deyir, nə deyir bizə istiqbal,
Qalib gələcəkmi cahanda kamal.
Müzakirələr zamanı əsəri” alt-üst ” elədilər. Yuxarının tapşırığı ilə. Son söz üçün səhnəyə çıxan Səməd Vurğun belə dedi: “Mən “İnsan” insanlar üçün yazmışam”. “Partiyamız” şeirində Sov İKP-miz demir,
Fələyin zənciri biləyimdədir,
Zalımın zindanı kürəyimdədir.
” Mənim vicdanım da qəlbim də qandır”.
Bunlar 37 də yazılıb. Belə paralelləri çox artırmaq olar. Səməd Vurğun haqda yazdıqlarını yaşının-sinninin boynuna qoyuram Əlisa Nicat, Allah sənə nicat versin!
Yazıya 82 dəfə baxılıb