Azərbaycan rəssam və fotoqraflarının əsərləri İtaliyada sərgilənib (fotolar)

19-21 iyul 2025-ci il tarixlərində İtaliyanın Kassine şəhərində “SƏN1SƏN” Beyin Mərkəzi, Azərbaycan Fotoqrafları Birliyi (AFB) və F37 Union müstəqil fotoqrafiya platforması ilə birgə sərgi təşkil olunmuşdur.

“Giovani Emozioni” və “Vətən mən” sərgiləri XVII əsrə aid və abidə kimi qorunan Palazzo Mandrilli Qalereyasında keçirilmişdir. Sərgidə 40-dan çox rəssam və fotoqrafın əsərləri nümayiş etdirilmişdir.

“Giovani Emozioni” – gənc Azərbaycanlı rəssamların sərgisi  Azərbaycan təsviri sənətinin klassik köklərindən çıxıb müasir ifadə vasitələri ilə qlobal dialoqa qoşulduğunu nümayiş etdirir. Əsərlər rəssamların şəxsi dünyagörüşü, emosional təcrübəsi və estetik axtarışlarının sənətə çevrilmiş nümunəsidir.

Digər sərgi – ‘Vətən mən’ adlı beynəlxalq foto sərginin əsərləri insanın vətənə mənəvi bağlılığını, şəxsiyyətin coğrafi və mədəni köklərlə münasibətini araşdırır. Eyni zamanda Azərbaycan özünü təbiət mənzərələrində, şəhər küçələrində, tarixi abidələrdə, insan simalarında və adi, lakin yaddaqalan detallarda təqdim edir. Hər kadr həm şəxsi baxış, həm də kollektiv yaddaşın vizual parçasıdır.

Sərgidə Kassin şəhərinin meri, şəhər sakinləri və turistlər iştirak etmişlər. Sən1Sən Beyin Mərkəzi ölkəmizin mədəniyyətini İtaliyada təqdim edən müxtəlif formatlı sərgiləri mütəmadi təşkil edir.  

Instagram: @palazzomandrilli
Vebsayt: www.palazzomandrilli.it

Yazıya 2 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.