Bakı Marriott Oteldə Avropa Günü qeyd olundu

14 may tarixində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Bakı Marriott Oteldə Avropa Günü münasibətilə tədbir keçirib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Mariyana Kuyundziç çıxış edərək Avropa Günü münasibətilə təbriklərini çatdırıb, eyni zamanda beynəlxalq əməkdaşlıq və şəhərsalma sahəsində həyata keçirilən layihələrdən bəhs edib. O, həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) nümayəndəliyin əməkdaşlarının da iştirak edəcəyini bildirib.

Tədbir çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif sosial və humanitar layihələrin əhəmiyyəti vurğulanıb.

Tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev və “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İB-in sədri Mahir Abbasov da iştirak edib. Onlar Avropa Günü münasibətilə təşkil olunan tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, belə görüşlərin qarşılıqlı əməkdaşlığa töhfə verdiyini qeyd ediblər.

Tədbir səmimi müzakirələr şəraitində davam eddib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Yazıya 14 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.