“Qayıdışa aparan yol” adlı televiziya verilişi

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB)  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qayıdışa aparan yol” adlı layihəsini icra edir.

Bu gün layihə çərçivəsində nəzərdə tutulan eyni adlı maarifləndirici televiziya verilişi “Dünya” TV-də yayımlanıb. Verilişdə layihə rəhbəri və sədr Tahir Xudiyevlə yanaşı BƏCİB-in İdarə Heyəti üzvləri- şəhid pokovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, BDU-nun professoru, əməkdar jurnalist Allahverdi Məmmədli və “Xankəndi” Məcburi Köçkünlərə Kömək İB-in sədri Xatirə Vəliyeva da iştirak edirdilər. İctimai Birliyin sədri Tahir Xudiyev qeyd edir ki, qayıdışa aparan yol göstərir ki, azadlığa və sülhə gedən yol həm qəhrəmanlıq, həm də mənəvi güc yoludur. Qarabağa qayıdış Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcıdır.

Veriliş iştirakçıları bu layihənin qayıdışa aparan yolda doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin – müharibə əlilləri və müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin, şəhid ailələri üzvlərinin, digər imtiyazlı şəxslərin sosial həyata inteqrasiya olunmalarına, yaşayış səviyyələrinin artırılmasına mənəvi köməklik və ictimai dəstək olacağına əmin olduqlarını bildirmişlər.

Layihə çərçivəsində növbəti tədbirin Bakının Qaradağ rayonunun “Qobu Park-2” yaşayış kompleksində keçirilməsi nəzərdə tutulur.

 

Məlahət Abdullayeva

Mətbuat Xidmətindən

 

 

 

Yazıya 1 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.