Allahverdi Məmmədli – 70 illik şərəfli yol

Azərbaycana tanınmış ziyalılar bəxş edən qədim Naxçıvanın Nehrəm elinin “Qızıl qələm” media mükafatçısı, Əməkdar jurnalist, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunan filologiya üzrə elmlər doktoru, vaxtı ilə təhsil aldığı, hazırda isə 100-lə peşəkar jurnalistlər yetişdirdiyi Bakı Dövlət Universitetinin professoru, eləcə də “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyəti, “Beynəlxalq Əlillər Cəmiyyəti”, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək”, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” ictimai birliklərinin İdarə Heyəti üzvü Allahverdi Məmmədlinin 70 yaşı tamam olur. Yüksək insani keyfiyyətləri ilə ətrafını nurlandıran Qardaşımız, sağlıqlı canla çox yaşa-fəxrimizsən!
Allahverdi müəllim Türkiyə Akademik Tədqiqatlar Qrupu İnstitutunun “II International Academician Studies Congress” və Türkiyənin Sosial və Humanitar elmlər sahəsindəki “Studies on Social Science Insights” beynəlxalq elmi jurnalının “Bilim, Danışma Kuruluna ve Yayın Kuruluna” üzvü, “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasında nəşr olunan “Şah və Mat (Vətən Müharibəsi yerli və və xarici mediada)” elmi nəşrlər seriyasının baş redaktorudur.
Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü olan Allahverdi Məmmədli “Babək şəhidləri” (2004) oçerklər kitabının həmmüəllifi, “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” (2003), “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq ideyasının bədii təcəssümü” (Tehran, 2005), “Yüz ilin ədəbi abidəsi” (2006), “Əlli yaşın aşırımında öz-özümlə söhbətə daha çox ehtiyac duyuram” (2006), “Molla Nəsrəddin” ədəbi məktəbində milli varlıq problemləri” (2012), “Mollanəsrəddinçilik və azərbaycançılıq” (2017) və “Mollanəsrəddinçilik və milli ideya” (2021), “Molla Nəsrəddin” ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi” (2024) adlı çap olunmuş kitabların, monoqrafiyaların və yüzlərlə elmi və publisist məqalələrnin müəllifidir. Professorun xarici jurnallarda 10-larla məqaləsi dərc olunub, 30-dan artıq beynəlxalq tədbirdə çıxış edib.
Çoxlarına örnək ola biləcək ləyaqətli həyat yolu keçən Allahverdi Məmmədli, həm də böyük redaktor kimi çalışdığı Naxçıvan Dövlət Televiziyasında, baş redaktorun birinci müavini olduğu “Şərq qapısı” Naxçıvan Vilayət qəzetində, “Xalq qəzeti”nin Naxçıvan Muxtar Respublikası üzrə Xüsusi müxbiri olarkən, “Azad Azərbaycan” qəzetinin baş redaktoru, “Azad Azərbaycan” radiosunun məsul redaktoru,
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində “Xəbərlər” redaksiyasının Baş redaktoru vəzifələrində çalışarkən bütün jurnalistlərin müəllimi, Azərbaycanın ilk qəzeti “Əkinçi”nin təsisçisi Həsən Bəy Zərdabi irsinin layiqli davamçısı kimi nümunəvi fəaliyyəti ilə jurnalistikamıza və cəmiyyətimizə dəyərli töhfələrini vermişdir.
Elmdən və təhsildən yorulmayan Allahverdi Məmmədli hüquq təhsili də alıb. Uzun illər dövlət qulluğunda, Azərbaycan KP Naxçıvan Şəhər və Vilayət Komitələrində, Bakı Şəhər Prokurorluğunda, Azərbaycan Respublikası Ali Məhəkəməsində yüksək vəzifələrdə çalışıb, təqaüddə olan ədliyyə polkovnikidir.
Sədaqətli dostumuz və əziz Qardaşımız Allahverdi müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Arzu edirik ki, həyat yolunuz daim uğurlarla, sevinc və xoşbəxtliklə müşayət olunsun.
Çoxsaylı üzvlərimiz adından dərin hörmət və ehtiramla,
“Əlillər Dünyası” qəzetinin baş redaktoru və “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri Tahir Xudiyev,
“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri Zərnişan Turan,
“Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İB-in sədr səlahiyyətlərini icra edən Məlahət Abdullayeva,
“Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri Xatirə Cabbarzadə

Yazıya 10 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.