Azərbaycanlı rəssam, beynəlxalq incəsənət layihələrinin təşkilatçısı və sülh ideyalarının təbliğatçısı Nəvai Metin Özbəkistan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib.
Bu barədə rəssama İttifaq tərəfindən rəsmi məlumat göndərilib.
Nəvai Metinin bu nüfuzlu sənət qurumunun üzvlüyünə qəbul olunması onun yaradıcılıq fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi olmaqla yanaşı, Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.
Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan və Orta Asiya üzrə təmsilçisi olan Nəvai Metin beynəlxalq sərgi və kataloq layihələrinin təşkili vasitəsilə rəssamlar arasında əməkdaşlığın genişlənməsinə, müxtəlif xalqların mədəniyyətləri arasında əlaqələrin güclənməsinə, sənət vasitəsilə dostluq və sülh ideyalarının təbliğinə töhfə verir.
Onun yaradıcılıq fəaliyyətinin əsas qayəsini ifadə edən “Dünyanı sənət xilas edəcək!” çağırışı sənətin birləşdirici gücünə, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsinə inamını əks etdirir.
Yazıya 10 dəfə baxılıb












