Usta yazıçımız Nəriman Əbdülrəhmanlının “Könül elçisi” romanı İstanbulda türk dilində çapdan çıxmışdır.
Müasir ədəbiyyatımızın ən dəyərli əsərlərindən olan roman Azərbaycan tarixinin ən kritik və mühüm dövrünü özündə əks etdirir.
Şah Abbasın Avropaya göndərdiyi diplomatik missiya qrupu və onların başına gələnlər kitabda, nəsrin açdığı geniş fəzalarla, usta bir dillə oxucuya çatdırılır.
“Könül elçisi” İstanbulda “İz yayınları”nda işıq üzü görmüşdür.
Müəllif İlk sevincini bölüşərkən bunları söyləmişdir:
” SAYIN FETHİ GEDİKLİYE, MEHMET KAHRAMANA, HAMDİ AKYOLA VƏ BÜTÜN ZƏHMƏT ÇƏKƏNLƏRƏ TƏŞƏKKÜRLƏR.”
Yazıya 792 dəfə baxılıb