Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə ğizlənib.
Hamı çəkilib özünə,
Hər kəs içində ğizlənib.
Hər günümüz ahdı belə,
Ahımız günahdı belə…
Bu nə cür Allahdı belə,
Görünmür,dində gizlənib.
Kölgə içindədi, kölgə,
Bu millət, məmləkət, ölkə…
Biz niyə bilmədik,bəlkə,
Haqq məndə, səndə gizlənib.
İçdiyim anda boğuldum,
Bir qaşıq qanda boğuldum.
Boğulub, bir də doğuldum,
Qiyam var – məndə gizlənib.
Susun, qorxaqlar, susun,
Can qorxusu var, var, susun,
Bu nə millətdi, qorxusu
Qorxu içində gizlənib.
Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib,.
Hamı çəkilib özünə,
Hər kəs içində gizlənib.
Yazıya 1271 dəfə baxılıb