TƏK ŞEİR: Tərlan Əbilov –19 MAY 2015

tərlan

Quraqlıqdı deyə
qapız qıtlığıdı bostanlarda,
yaxalarda nar əvəzi döş yetişdirə bilməyir
ədəbiyyat…

Od tutub yanır
küçə,
bayır,
çöl…

Və bu ölkədə od sarıdan yox,
həmişə su sarıdan korluq çəkdi siyasətimiz…

Dünənki yanğında
uşaq-uşaq yanmağı,
böyük-böyük ağlamağı öyrəndik bir daha.

Bağrı çatladı Göyçay narının,
rəngi qaçdı Lənkəran çayının,
sandığı külə döndü Bərdə pambığının…
Həyəcandan döşlərinin südü kəsildi Bakının…

Yazıya 952 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.