Hamı layla çalır yatan bəxtinə,
Kədəri gözündə oyaq gəzdirir,
Hamı ürəyində nakam arzular,
Hamı kürəyində bıçaq gəzdirir.
Bu dünya köhnəlmir,biz qocalırıq,
Köhnə ləbbadə tək atacaq səni,
Varını, yoxunu verib aldığın,
İkicə qəpiyə satacaq səni.
Od vurub odlama köhnə yurdunu,
Bir gün dönəcəksən gəldiyin yerə,
Dünyada qadınlar çeşid-çeşiddir,
Dünyada kişilər cürəbə cürə.
Adamlar beş arşın ağı bəyənmir,
Tələsmə onu da geyən tapılar,
Ağlama, haqqını yediyim adam,
Mənim də haqqımı yeyən tapılar.
Hamı layla çalır yatan bəxtinə,
Kədəri gözündə oyaq gəzdirir,
Hamı ürəyində nakam arzular,
Hamı kürəyində bıçaq gəzdirir.
Yazıya 680 dəfə baxılıb