Burda yağışdan sonra uşaqlar
Evdən məktəbə,
Məktəbdən evə palçıq daşıyar,
Üzü qırışmış ayaqqabılarının altında…
Batar kasıb üst-başları,
Batar üzü palçıqlı yollarda…
Düşər ayaqları yolların çalasına,
Uşaq ayaqqabısı yeyər acıxmış çalalar…
Paltaryuyan maşınlar kimi dırıldayar,
Deyinər paltar yuyan qadınlar…
Uşaqların batan üst-başı,
Cırılan ucuz ayaqqabıları,
Ətəyi kirli arvadların sabun qoxuyan əlləri cəhənnəmə
Heç Allahı məmur maşınlarının palçığa batan
Bahalı “ayaqqabıları” da narahat etməz burda…
Yazıya 975 dəfə baxılıb