Saday Şəkərli – Çoxdan köhnəlmişəm xatirələrdə

sadayMəni kimsəsiz göylərdə ara-sıra axtaran olur,
nə var məni yer üzündə tapmaqdan asan,
hara getsən, harda olsan nişan verəcəklər,
nişan verəcək məni güllər, çiçəklər,
bir andaca tapacaqsan, namərd olmasan.

Çoxdan köhnəlmişəm xatirələrdə,
daha köhnə kişi kimi yoxa çıxmışam deyirlər,
qartala bənzəyir ölkəm köhnə xəritələrdə,
indi qırılmış haldadır bir qanadı, şairlər.

İndi min yağı tərəfindən yamğalanmış vətənimi,
övkələnmiş, yaralanmış mənə görə tanıyırlar,
ölkələr ləzzətli sərvətinə, qiymətli malına,
sərçələr səpdiyim dənə görə tanıyırlar.

Bir yaşıl gözlü dəniz kənarındadır şəhərim,
uzaqdan baxanda sulara qərq olmuş yarımada,
dilənçilərdən xəbər alsan, deyəcəklər, o şair,
bu milyonlar, milyonçular səltənətində,
vətənindən, ölkəsindən, millətindən yarımadı.

Məni payızın fonunda axtarın, qışın qəmində,
kimsə ayaqlaya bilməz oturduğum sərhəddi,
qırmızı işığı yüz dəfə keçdim, özüm qurduğum gəmidə,
bircə yol da keçəmmədim qırmızı xətti…

Yazıya 827 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.