Yazıçı-şairə İradə Aytelin “Bağışla” kitabı “Ol” nəşriyyatında çap olunub. Kitaba müəllifin son illərdə yazdığı şeirləri daxil edilib. Kitabın redaktoru Bahadur Fərmandır.
Xatırladaq ki, bundan əvvəl müəllifin “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cüt qızılgül” (sənədli roman), “Çiçək açan dərdlərim” (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlı nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), “Qanlı öpüşlər” (hekayələr) kitabları işıq üzü görüb.
Yazıya 1011 dəfə baxılıb