BİR AZƏRBAYCAN GƏNCİNİN VƏTƏN SEVGİSİ…

WhatsApp Image 2020-12-22 at 13.16.20Novruzu Anar Həsənbala oğlu 05.09.1997-ci ildə Lerik rayonu Zövnə kəndində anadan olub. Anar kiçik yaşlarında olarkən ailə Sumqayıt Şəhərinə köçüb. O, Sumqayıtda böyüyüb.

2015-2016-cı ilərdə “N” saylı hərbi-hissədə Kəşfiyyat əsgəri olaraq xidmət etmişdir.

2016 Aprel döyüşçüsüdür, Tovuz döyüşləri zamanı könüllü olaraq Hərbi komissarlığa müraciət edib və könüllülərə yazılıb.

21 Sentyabrda Lerik Hərbi komisarlığından Cəbhəyə yola salınıb. Bu, Anarın İlk döyüşü getməyi deyildi. O müharibənin nə olduğunu 2016-cı il görmüşdü… Fərəh hissiylə cəbhəyə getdi. Anarın tək düşündüyü Polad Həşimov , Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlarımızın qisasını almaq və torpağlarımızın düşməndən azad olunması idi. Arzusuna nail oldu.132083040_498841941090014_8236299368391082068_n

Anar ön cəbhədə – Füzuli istiqamətində döyüşlərdə İki yaralı əsgər yoldaşını xilas edib, üçüncünü xilas edərkən özü də başından qəlpə yarası alaraq yaralanıb. Döyüş yoldaşları ona tibb məntəqəsinə getməli olduğunu deyir. Amma Anar döyüşüb, yalnız irəli getməyi düşünürdü. Bu isə mümkünsüz idi. Başından aldığı qəlpədən üz-gözü al-qanın içindəydi.  Anara İlk tibbi yardım göstərilir və yoldaşları ona bu vəziyyətdə döyüşdə bilməyəcəyini deyirllər. Hospitala qayıtmaqçün onu razı salırlar. Anar hospitala gətirilir, ona yardım göstərirlər. Bir necə gün qospitallarda yatır. Anar yenidən könüllü olaraq cəphəyə qayıdır. Füzulinin bir neçə kəndinin alınmasında iştirak edir. Yanlarına düşən minamyot gülləsi Anarın dilinin və Qulağının tutulmasına səbəb olur. Anar yenidən hospitala yerləşdirilir… Amma Anarın hospitalda olmasına baxmayaraq,  ürəyi yenə cəbhədə ,döyüş yoldaşlarının yanında idi. O, danışa bilmədiyi üçün fikirlərini telefon vasitəsilə bildirir. Adətən o, belə mesajlaşmanı qardaşıyla edir. O yazdığı bütün mesajlarda  yenidən cəbhəyə qayıtmaq istədiyini bildirir. Mesajlarının birində qardaşına yazır ki,  evdəki əsgər çəkmələrini müalicə aldığı Oğuz rayon hospitalına gətirsin.

Şükürlər olsun ki, Anarın cəbhəyə qayıtmağına ehtiyac qalmadı. Cənab Ali Baş komandan İlham Əliyev xalqımıza qələbə xəbərini verdi.

Allah Cəbhədə olan cəmi qardaşları qorusun!

Qanı Bahasına Qarabağı Azad edən Şəhidlərimizə Allahdan rəhmət Qazilərimizə şəfa diləyirik.

 

Xəyal Novruz xəyal Novruz

 

Yazıya 465 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.