Müsahibimiz Birləşmiş Ərəb Əmirlikləri dövlətinin mərkəzi Əbu-Dabi şəhərində yerləşən GLOBAL CARE hospitalının biznes departamentinin direktoru Thor Rhodesdir.
– Mister Rhodes, sizin Azərbaycana səfəriniz hansı məqsədi daşıyır?
– Səfərimin məqsədi qarşılıqlı əməkdaşlığa söykənir.
– Bu əməkdaşlıq hansı sahələri əhatə edəcək?
– Müasir dünya elminin inkişafı texnologiyanın uğurlarının istehsalata tətbiqinə
əsaslanır. Əsas məqsədimiz insanların sağlamlığının keşiyində duran tibb sahələri ilə əməkdaşlıqdır.Yəni, hospitallara müasir avadanlıqların təmin edilməsinə töhfə vermək niyyətindəyik.
– Əməkdaşlıq hansı formada fəaliyyətə əsaslanacaq?
– Məlum məsələdir ki, BƏƏ dünyanın müasir inkişaf etmiş azad ticarət zonasıdır.
Burada istənilən sahəyə dair texnologiya, eyni zamanda, tibb sahəsinə dair avadanlıqlar əldə etmək olar. Məqsədimiz insanların sağlamlığını qorumaq üçün ən müasir avadanlıqlarından istifadə etməklə dəqiq diaqnozlar verməkdir. Əməkdaşlığımız hospitallarla qarşılıqlı şəkildə müqavilələr bağlamağa əsaslanacaqdır.
– Sizin Bakıda hansı hospitallarda görüşləriniz olub?
– Mən bir sıra hospitallarda, o cümlədən Diaqnostika mərkəzində olmuşam.
Avadanlıqlar burada müasirdir, səliqə-sahman çox yüksək səviyyədədir. Digər yerlərdə də olmuşam. Regionlara səfərim də nəzərdə tutulub. Məqsədimiz mövcud çatışmazlıqları aradan qaldırmaqdır.
– Mister Rhodes, fəaliyyət göstərdiyiniz hospital haqqında nə deyə bilərsiniz?
– Global Care hopsitalı dünyanın ən müasir tibb sahələrindən biridir. Səliqə-
sahmanla yanaşı, bura ən müasir avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağıdır. Pasiyentlərə xidmət çox yüksək səviyyədədir. Tibb sahəsində geniş əməkdaşlıqlara, əlaqələrə malikdir. Məqsədimiz bu əlaqə və əməkdaşlıqları Azərbaycanda fəaliyyət göstərən hospitallarla qurmaqdır.
– Ölkəmizdə yerləşən hospitallarla əlaqə necə qurulacaqdır?
– Müasir avadanlıqların buraya gətirilməsinə, eyni zamanda, ixtisaslı həkimlərlə də
qarşılıqlı fəaliyyətə səbəb olacağıq. Xüsusi kurslar təşkil ediləcəkdir. Pasiyentləri
yüksək səviyyədə xidmətə yönəltmək niyyətindəyik.
– Mister, bir neçə gündür ki, Bakıdasınız. Bura sizə necə təsir bağışlayır?
– Bakı qərblə şərq arasında bir körpüdür, insanları gülərüz və mehribandır.Birinci
dəfədir gəlirəm paytaxtınıza. Sanki özümü uzun illərdir bu gözəl şəhərdə hiss edirəm. Bura mənim üçün darıxdırıcı deyil. Siz işğal altında olan ərazilərinizi erməni qəsbkarlarından azad etmisiniz. Orada bərpa-quruculuq işləri gedir. İnşallah, gələcək səfərlərimdə Şuşaya, Füzuliyə, Laçına səfər etmək fikrindəyəm.
– İnanırıq ki, respublikamızda yeni müasir avadanlıqların tibb sahəsinə tətbiqi
sahəsində əməkdaşlığınız insanlarımızın sağlamlığına töhfə verəcəkdir. Sizə fəaliyyətinizdə uğurlar arzulayırıq!
Hüseyn Şərifzadə
Yazıya 47 dəfə baxılıb