Oktyabrın 17-də Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Asiya Mədəniyyət Şurasının 4-cü iclası işə başlayıb.
Tədbir “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunub. Açılışda Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.
İclasda Asiya və digər regionlardan nümayəndə heyətləri, mədəniyyət və siyasət xadimləri iştirak edirlər.
Tədbirə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli də dəvət olunub. Bu barədə məlumat verən M.Rəhimli iclasın hələ davam etdiyini və yekunda birgə bəyanatın qəbul ediləcəyinin gözlənildiyini bildirib.
Yazıya 31 dəfə baxılıb