Ədalət Partiyasında şair Vüqar Oğuzun “Ömrün ötən notları” kitabının təqdimatı keçirildi

Bu gün Ədalət Partiyasının qərargahında partiyanın fəal üzvü, şair Vüqar Oğuzun “Ömrün ötən notları” adlı şeir kitabının təqdimat mərasimi keçirildi.

Tədbirdə tanınmış ziyalılar, şairlər, media nümayəndələri, QHT rəhbərləriƏdalət Partiyasının üzvləri iştirak edirdi.

Mərasim partiyanın qurucusu İlyas İsmayılovunAzərbaycan Vətən Müharibəsi Şəhidlərinin ruhuna bir dəqiqəlik sükutla başladı. Daha sonra Ədalət Partiyasının sədri Mütəllim Rəhimli çıxış edərək Vüqar Oğuzun həm partiya daxilindəki ictimai fəaliyyətindən, həm də şair kimi yaradıcılığından geniş danışdı.

Sədrin çıxışından sonra tədbirin aparıcısı, Bəhlul Ataxallı Vüqar Oğuzun ilk kitabı barədə məlumat verdi və çıxış üçün sözü kitabın önsöz müəllifi, tanınmış ədəbiyyatşünas Musa Ələkbərliyə verdi.

Daha sonra Rəfail Həbiboğlu, Tahir Xudiyev, Zaməddin Ziyadoğlu, Eldəniz Xəlilov, Yaqub Namazov, Fərman Borçalı, Çingiz Abbasov, Vəfa Əliyeva, Hacı Xanım, Elman Bağırov, Elnarə Ələsgərli, Emin Məhərrəmov, Nuray Məhərrəmova və digər çıxışçılar söz alaraq Vüqar Oğuzun yeni kitabının məzmunu, poetik dili barədə fikirlərini bölüşdülər.

Çıxışlarda qeyd olundu ki, “Ömrün ötən notları” şairin həyat müşahidələrindən, insan talelərinə, sevgi və vətən mövzularına duyğusal yanaşmasından bəhs edir. Kitabda müəllifin həm lirik, həm də ictimai-fəlsəfi baxışları əksini tapıb.

Tədbirin sonunda Vüqar Oğuz çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və Ədalət Partiyasının rəhbərliyinə təşəkkürünü bildirdi.

Mərasim xatirə şəkillərinin çəkilməsi və şairin iştirakçılara imzalı kitablarını hədiyyə etməsi ilə yekunlaşdı.

 

Yazıya 67 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.