BP-nin əməkdaşı doğrudanmı yanlış ifadə verib?

KİV-də mütəmadi olaraq 2025-ci il avqustun 23-də məşhur biznesmen, “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi və kifayət qədər maddi imkana və geniş münasibətlərə malik olan Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi Muradova İradə Oleq qızını xüsusi amansızlıqla qətlə yetirməsi ilə bağlı mərhumun bacısı Muradova Rəna Oleq qızının müraciəti yer alır.

Rəna Muradova

İş üzrə zərəçəkmiş qismində tanınan Rəna xanım şiddət və amansızlıqla baş verən qətl hadisəsi ilə bağlı  Respublikanın Vitse Prezidenti xanım Mehriban Əliyevaya, Respublikanın baş prokuroru Kamran Əliyevə, KİV-nə və digər inistansiyalara müraciət etdiyini deyir.

Məlumdur ki, amansız qətllə bağlı Yasamal rayon prokurorluğunda  cinayət işi açılıb.  Rəna xanım şikayət məktubunda onu da qeyd edir ki, Yasamal rayon Məhkəmə Tibbi Ekspertizasının verdiyi şübhəli  ekspertiza rəyini əsas götürərək, amansız qətl hadisəsi haqda prokurorluq tərəfindən “amanlı” maddə ilə cinayət işi açılıb.

Emil Ağacanov                                                   İradə Muradova

Belə ki, qətli törədən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (ağırlaşdırıcı hallarsız adam öldürmə) ilə məsuliyyətə cəlb olunub, haqqında həbs qəti imkan tədbiri görülüb. Ekspertiza rəyində isə Emil Ağacanovun cinayət törətdiyi anda anlaqsız olduğu  qeyd olunur.
Rına Muradova bizimlə söhbtində və yazılı müracitindəistintaqın birtərəfli aparılmasına özündə və yaxınlarında yaranan şübhəni belə əsaslanırır: Maraqlıdır, bu qədər böyük biznesi idarə edən, banklarla işləyən və şəxsi avtomobillərini idarə edən bir şəxs necə anlaqsız hesab oluna bilər? Əgər o, bu qədər aktiv sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, niyə özünə qarşı heç vaxt zərərli hərəkətlər etməyib, əksinə davamlı olaraq biznesini inkişaf etdirib?
İstintaqı aparan müstntiq niyə maraqlanmasın ki,  Emil Ağacanov necə anlaqsız adam olub ki, ona sürücülük vəsiqəsi verilib, avtomobil idarə edib, hələ üstəlik silah saxlamaq, odlu silahdan istifadə etmək üçün icazəsi olub. O, tez-tez ovçuluqla məşğul olub.

Detektiv əsərin süjet xəttini özündə ehtiva edən amansız qətllə, onun istintaqı ilə vəkillər, zərərçəkmiş qismində tanınan Rəna xanım, anası Sevinc xanım və digər qohumlarının cavablarını gözlədiyi suallar çoxdur. Zərərçəkmiş kimi ntanınan Rəna xanım deyir ki, hələlik verilən suallara aydın cavab yoxdur,  sorumlarımıza verilən cavablar isə qaneedici deyil.

Rəna xanım  bacısını amansızlıqla qətlə yetirən Emil Ağacanovun yaxın qohumu, bacısının həyat yoldaşı Elnur Həbibovun bəzi hərəkətlərindən də narazıdır: Qətl törədilən gün  Elnur dostu ilə birlikdə ilkin olaraq hadisə yerinə gəlib. O, bizə və müstəntiqə  bacım Muradova İradə guya ki, hamam otağında büdrəyib yıxılaraq vannaya toxunduğunu və dünyasını dəyişdiyini deyib. Elnur Həbibov  bu ifadəsi ilə bizdə və istintaqda çaşqınlıq yaradıb. Sonradan ekspertizanın və cəsədi müayinə edən həkimin də verdikləri rəylər istintaq işinin həqiqətən də birtərəfli aparılmasında bizdə şübhə yeri qoymur”.

Elnur Həbibov

Xatırladaq ki, şikayət ərizəsində adı qeyd olunan Elnur Həbibola, “Müstəqil.Az” olaraq əlaqə saxladığımız haqda məlumat vermişdik. Ona ünvanladığımız suala cavab vermədiyini, bu sualla bağlı Yasamal rayon prokurorluğu ilə əlaqə saxlamağımıza məsləhət verməsini də  məlumat yazmışdıq.
Rəna Muradova qeyd edir ki, hadisədən qabaq və sonra Emil Ağacanovun biznesinə, idarə etdiyi şirkətlərə yaxın qohumluq dərəcəsindən istifadə edərək müdaxilələr edən Elnur Həbibovun əsas iş yeri olaraq dünyada  kifayət qədər nüfuzu, kapitalı olan ciddi və məşhur bir şirkətdə, BP-də işləyir. Qətl hadisəsinin istintaqına verdiyi yanlış ifadələrlə çaşdırıcı mövqe sərgiləyən bir şəxsin belə bir məşhur şirkətdə işləməsinin də hansısa mənfi fəsadlara yol verə biləcəyini istisna etmirəm, deyən Rəna xanım, qeyd edir ki, yaxşı olar ki, istintaq yanlış ifadələrə üstünlük verdiyinə görə onun iş yeri, istehsalatda və cəmiyyətdəki mövqeyi ilə də maraqlansın: Bu tip insanlar əslində yanlış ifadəyə görə məsuliyyətə cəlb olunmalıdır.

Söz adrdı: Prokurorluğun istintaqı, Müstəqil.Az-ın araşdırması davam edir.
mənbə: Müstəqil.Az

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.