Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi-tənqidçi Əsəd Cahangir 60 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) medalı ilə təltif olunub.
TÜRKSOY medalını Əsəd Cahangirə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib.
Təltif Əsəd Cahangirin Azərbaycan ədəbiyyatının inkişafına, ədəbi tənqidə, tərcümə sahəsinə və türk dünyası ədəbiyyatları arasında ədəbi əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir.
Yazıya 6 dəfə baxılıb










