Şair Nicat Ərtürkün poetik yaradıcılığı Azərbaycanın hüdudlarından kənarda da elmi və ədəbi mühitin diqqətini cəlb edir.
Azərbaycanın tanınmış alimləri – akademik, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Əbülfəz Quliyev, pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Akif Abbasov, pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov, pedaqogika elmləri doktoru, professor Hikmət Əlizadə, filologiya elmləri doktoru, professor Yusif Səfərov, filologiya elmləri doktoru Aybəniz Həşimova, eləcə də jurnalist, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Ustac Nicat Ərtürkün yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış ediblər.
Konfranslarda şairin poetik irsi müxtəlif elmi-nəzəri aspektlərdən araşdırılıb, onun yaradıcılığının müasir Azərbaycan poeziyasında yeri və əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Qeyd edək ki, sözügedən alim və tədqiqatçılar beynəlxalq elmi tədbirlərdəki çıxışlarına görə sertifikatlarla təltif olunublar.
Nicat Ərtürkün yaradıcılığına beynəlxalq elmi konfranslarda göstərilən bu diqqət onun poeziyasının yalnız ədəbi deyil, həm də elmi-tədqiqat baxımından maraq doğurduğunu göstərir.
Yazıya 7 dəfə baxılıb








