Səlim Babullaoğlu İrpen Ədəbiyyat Mükafatına layiq görülüb

Oktyabrın 17-də Ukraynanın İrpen şəhərində İrpen Ədəbiyyat Mükafatının 2025-ci il üzrə laureatlarına mükafatlar təqdim ediləcək.

Mükafat 2020-ci ildə “VİDVAJNİX” Cəmiyyəti və İrpen İnvestisiya Şurası tərəfindən təsis edilib.

Bu barədə kultur.az-a mükafatın təşkilat komitəsinin üzvü, jurnalist Alina Yaremenko məlumat verib.

O bildirib ki, mükafatın əsas məqsədi Ukrayna ədəbiyyatında yeni adları kəşf etmək, milli ədəbiyyatın inkişafına töhfə verən müəllifləri dəstəkləməkdir.

Bu mükafata ölkəmizdən müstəqillik illəri poeziyasının öncüllərindən olan, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu  layiq görülüb.

Yazıya 5 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.