Saday Şəkərli – Lənət bu azadlığa…

 

sadayHarda doğulmalıydım,
necə doğulmalıydım,
qarışqa, ya kəpənək,
böcək doğulmalıydım,
insan doğulmuşamsa,
heç xəbərim olmayıb,
yarasa, ya quşamsa,
heç xəbərim olmayıb,
rəyimi soruşmayıb,
fikrimi bilmədilər,
axdı gözümün yaşı,
rəhm edib silmədilər,
anamı seçəmmədim,
atamı seçəmmədim,
məhəbbətlə dolu bir,
adamı seçəmmədim,
doğulmazdan da qabaq,
bəlli olub millətim,
o vaxtdan bir dəvəyəm,
altında bu zillətin,
ağlım kəsmirdi hələ,
bir üsyan elədilər,
şalvarımı çıxardıb,
müsəlman elədilər,
nə əlavə eylədi,
sünnət bu azadlığa,
nifrət gətirdi, bir də,
lənət bu azadlığa,
abrım getdi əlimdən,
dinim əlimdən getdi,
heç nə deyil dünyada
mənim, əlimdən getdi,
gecə-gündüz mənimtək
dəlini öyrətdilər,
bir millətin bildiyi,
dilini öyrətdilər,
ruhum dar ağacında
çəkilib dara, baxır,
mən allaha baxıram,
allahım hara baxır,
saçlarım qara qaldı,
qaradı hələ rəngim,
üsyan eləməliyəm,
hanı mənim tüfəngim,
doğuluşdan etmədim,
hörmət bu azadlığa,
belə azadlıq olmur,
lənət bu azadlığa…

Yazıya 703 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.