Belarusiyada yaşayan azərbaycanlı “Pikasso”

94_o_54ddcd0f88496 (1)

Hazırda Belarusun Bobruysk şəhərində yaşayan soydaşımız, gənc rəssam Rasim Həsənov istedadı ilə görənləri heyrətləndirə bilib.  Gürcüstanın Qardabani rayonunda doğulan bu gənc xüsusi rəssamlıq təhsili olmasa da peşəkar rəssamlardan heç nə ilə fərqlənmir.

 

Rasim Həsənov “Aydın Yol” qəzetinə açıqlamasında ən böyük arzusunun ali təhsil almaq, peşəkar rəssam olmaq istədiyini deyib: “Uşaq yaşlarımdan rəsm çəkməyə başlamışam. Ancaq bu sahədə heç bir təhsilim yoxdur, heç bir dərnəyə də getmədən, müəllimim olmadan bu işləri ərsəyə gətirə bilmişəm”.

Sürrealist üslubunda çəkdiyi rəsmlərinə görə ona “Azərbaycanlı Pikasso” deyirlər. Rasim 51_o_54ddd0142bae5Həsənov hadisələri öz baxış bucağından və tamamilə fərqli baxır. Əsərləri ilə insanın şüuraltına enməyi bacaran rəssam insanları öz gerçəkləri ilə üz-üzə qoyur. Gənc müəllifin işlərinə baxdıqda, onun, həmçinin, rəngləri gözəl duyduğunun şahidi oluruq. Rəsmlərində rənglərin harmoniyası ilk baxışdan adamı özünə çəkir. Bu əsərlərin cazibəsindən uzun müddət ayrılmaq olmur.

Rəsmlər istər mövzu, istərsə də texnika baxımından müasir zamanla səsləşir.
Rasim Həsənovun xüsusi təhsil almadan rəsm sənətinin ən çətin cərəyanlarından sayılan sürrealizmdə bu cür gözəl əsərlər yarada bilməsi insanı təəccübləndirir. Hiss olunur ki, o, bu janrın incəliklərinə qədər bələddir. Bu da öz növbəsində böyük istedadın varlığından xəbər verir.

Yazıya 1008 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.