Həsrət daşlarını hörüb qəlbimə,
Sənsiz addımlayıb gedəcəyəm mən.
Üç nöqtə qoyaraq sənli günlərə,
Sənsiz günlərimi seçəcəyəm mən.
Bir də sevməyəcək ürəyim mənim,
Soruşmayacağam haqqında sənin,
Xətt çəkib üstündən sənli günlərin,
Sənsizlik şərbətin içəcəyəm mən.
Daha hönkür-hönkür ağlamayacam,
Qəlbimi əzabla dağlamayacam,
Sənli xatirələr saxlamayacam,
Bu gündən hər şeyi siləcəyəm mən.
Daha baxmayacam şəkillərinə,
Bir də gəlməyəcək adın dilimə,
Əlvida deyərək qəmə-kədərə,
Doyunca danışıb güləcəyəm mən.
***
Ölən sevgimiz üçün qan ağlayır gözlərim,
Nə danışım, nə dinim?! Tükənibdir sözlərim .
Söz tutmur ki, bu dilim, bir kəlmə də danışım…
Ölüb gedən sevgimin yoxluğuna alışım?
Unuda bilməm səni, mənim üçün bu çətin
Ürək sevsə də hələ , ağıl deyir at tamam.
Mən sənə bu dünyada niyə bu qədər yadam?
Neyləmişdim görəsən, axı günahım nəydi?
Əgər bir günah varsa, o da səni sevməkdi!
Yazıya 1177 dəfə baxılıb