“Olaylar” İnformasiya Agentliyinin və “Olaylar” qəzetinin təsisçisi və baş redaktoru,
yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığında daha bir uğura imza atıb. “OLAYLAR” xəbər verir ki, qardaş ölkə Türkiyədə yazıçının daha bir romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Belə ki, Yunus Oğuzun “Ovçu” romanı Turkiyədə türk dilində çapdan çıxıb. Kitab Türkiyədəki Cahan yayıçı Erol Cahangir nəşriyyatı tərəfindən çap edilib.
Qeyd edək ki, Yunus Oğuzun “Ovçu” romanı 2016-cı ilin aprel döyüşlərinə həsr olunub.
Mənbə: olaylar.az
Yazıya 487 dəfə baxılıb