22 iyul 2022-cil tarixdə keçirilmiş Tərtər rayon İcra Hakimiyyəti yanında İctimai şuranın yığıncağında müzakirə olunan məsələlərdən biri 18 yaşına çatmayan vətəndaşların tütün məmulatları və spirtli içki qəbul etmələrinin qarşısının alınması ilə bağlı idi. Müzakirələrin nəticəsində bir sıra həll yolları düşünülmüş, onları icrası üçün planlamalar aparılmışdır.
Tərtər rayon İcra Hakimiyyəti yanında İctimai şuranın fəaliyyət planı əsasında Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri ilə şuranın üzvü Orxan Mustafazadə rayonumuzda yerləşən istirahət parklarına , yaxınlıqda yerləşən ictimai iaşə obyeklərinə məlumatlandırıcı bukletlər yapışdırılıb. Rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaq olmaları üçün müvafiq fəaliyyət planı üzrə müxtəlif tədbirlər keçiriləcəkdir.
Yazıya 5 dəfə baxılıb