“Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində Tərtərdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında təlim keçirilib.
GİKM-in Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev tərəfindən keçirilən təlimdə Dayanıqlı İnkişaf Məqsədləri haqqında ümumi məlumat verilib, DİM – 5 gender bərabərliyi haqqında danışılıb və müzakirələr təşkil olunub.
Daha sonra təlim qrup işləri ilə davam edib.
Qeyd edək ki, layihə İrəli İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Asossasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.
Yazıya 28 dəfə baxılıb