ŞƏHİD ZİRVƏSİNƏ GENERAL GƏLİR… – MİRNƏZƏR MİRKAZIMLI

290171007_5892441290769500_5259195751076321647_nEy Ulu Türk Ruhu, qayıt özümə,

Düşmənin hiyləsi səbrimi dəlir…

Dünya heyrətdədir, məndə dözümə,

Şəhid zirvəsinə GENERAL gəlir…

 

İçimdə əsgərəm, çölümdə zabit,

Qollarımın gücü, Tanrı gücüdür…

Erməni adında sancım birə, bit,

Ağrısın kəsirəm, izi incidir…

 

Birlik intizarım ömrümü yedi,

Əsrlər boyinca yaram göynədi…

Kimə ürək verdim, ,,hardansan?” dedi,

Vətən param-parça, param göynədi…

 

Didərgin düşəndə insaf, ədalət,

İçimiz satqına hamilə qalır…

Haqqı təsdiqə də basır ətalət,

Zəfərlər doğulmur, xəyala dalır…

 

SÖZÜ demədikcə, sayılmırıq biz,

Yeyilən haqlara tarix şahiddir…

Dünya silkələnir, ayılmırıq biz,

General əskərdən öndə ŞƏHİDDİR…

 

Cəsurluq hər qəlbdə yatıb, əsnəyir…

Tayı-bərabəri xalqımın yoxdur…

Hər səngər önündə ZƏFƏR kişnəyir,

Hələ doğulmamış QƏLƏBƏ çoxdur!…

 

Həzidi, Məhəmməd, İsmət, Poladdı…

Erməni hiyləsi GENERAL ,,yeyir”…

İntiqam yazacaq ən böyük adı…

Didərgin ruhlar da, ,,Qisas al!” deyir…

 

Satqına güllə çax, oğruya sorğu…

Sındır, ,,div”in canı qalıb şüşədə…

Yorulma yolunda, HAQQINA doğru,

POLAD dayanacaq, gözlər Şuşada…

 

Sənin ilk hünərin Lələtəpədə,

POLAD dirəyinə güvənən bayraq…

Adın yazılacaq hər dağ, təpədə,

SEVİNCDƏN OLACAQ DİVANƏ BAYRAQ!…

 

SƏN, ,,Adam kimi də, bir ADAM” oldun,

Evini ŞƏHİDƏ ərməğan etdin…

SƏN, VƏTƏN eşqilə boşaldın, doldun,

Ömrünü xərclədin, ucalıb getdin…

 

409520656_7674928695854075_8881925531807248833_nSƏNİN gözlərində əskər güləcək…

Silsin göz yaşını, VƏTƏNİM daha…

…QİSAS çiçək açıb, ZƏFƏR güləcək,

Son verib kədərə, son verib AHA…

 

SƏNİ heç əymədi bir maddi dəyər,

SƏN, dünya varından uca GENERAL!…

Dərs, DASTAN gətirdi SƏN adda DƏYƏR,

Hərbin tarixinə, XOCAM GENERAL…

SIRADA, HAMIDAN UCA GENERAL!…

SIRADA HAMIDAN UCA GENERAL!…

20 – 07 – 2020

Yazıya 30 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.