RAFİQ TAĞININ XATİRƏSİ ANILIB

10923676_768669676548917_6545173439698644842_n

“Yazı” dərgisinin 12-ci sayının böyük bir bölümü görkəmli yazıçı Rafiq Tağının qətlə yetirilməsinin 3 illiyinə həsr olunmuşdu. Burada Rafiq Tağının bədii yazılarından nümunələr, qələm dostları Əjdər Ol, Azad Qaradərəli, Seymur Baycan, Aqşin Yenisey, qardaşı İlqar Tağı və başqalarının yazılarından parçalar verilmişdi. Bir zamanlar “Yazı”nın yaradıcı qrupunun üzvü olmuş Rafiq bəyin xatirəsini anmaq üçün qələm dostları və gənc ardıcılları Bakitaba yığışmışdılar. Bu tədbiri “Yazı” dərgisinin sözügedən sayının təqdimatı kimi də saymaq olardı.
Tədbiri Rafiq Tağının qələm dostu, “Yazı”nın baş redaktoru Azad Qaradərəli açaraq Rafiq bəylə birgə dərginin ilk sayını necə hazırladıqlarından, lakin bir qatilin əliylə qətlə yetirildiyi üçün həmin nömrəni Rafiq Tağının görə bilməməsindən təəssüf hissi ilə danışıb. Sonra Rasim Qaraca, Qulu Məhərrəmli, Babək Göyüş, Sevinc Elsevər və başqaları Rafiq Tağı haqqında xoş xatirələr söyləmiş, hələ də onun qatilinin tapılmamasından məyus olduqlarını dilə gətirmişlər.
Elə bu tədbirin gedişindəcə qərara alınıb ki, yaxın gələcəkdə qələm dostları, onunla yaxın olan insanlar bu görkəmli insan haqqında xatirələrini qələmə alsınlar və bu xatirələr əsasında sanballı bir kitab da hazırlansın.
Axırda Rafiq Tağının qardaşı İlqar Tağı çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür etmişdir.


Yazıya 550 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.