Dollar, anan ölsün!

bahaaDollar, niyə qalxdın bir gündə, düşərsən?

Hörmətli manatnan heç yer dəyişərsən?

 

Qazdıq ki basdıraq, tez çardağa çıxdın.

Çox pis “dəyər” oldun, qənddən yağa çıxdın.

Qoymuşduq aranda, sən Şahdağa çıxdın,

Var bizdə ümid ki, bir gün sürüşərsən

-Dollar, niyə qalxdın bir gündə, düşərsən?

Hörmətli manatnan heç yer dəyişərsən?

 

Gördün bazar öldü, sən tez dirilirsən,

Yoxsullar önündə daş tək hörülürsən…

Sən gülkimi şeysən, açdın – sərilirsən,

Hardan yığılırsan, hardan dərilirsən,

Bəlkə səni tapsam, mənnən sevişərsən!

Dollar, niyə qalxdın bir gündə, düşərsən?

Hörmətli manatnan heç yer dəyişərsən?

 

Millət kirə verdi anbardakı şansın,

Kartofla, soğanla dondurdu balansın…

Xaric nə verirsə, qaldırdılar hamsın

Sən xaricə getsən, yəqin ilişərsən

-Dollar, niyə qalxdın bir gündə, düşərsən?

Hörmətli manatnan heç yer dəyişərsən?

 

Çox əyri yonuldun, pis rəndənə lənət

.Bəmnən zilə qalxan, xanəndənə lənət,

Kimllər maya qatmış “ağ kündənə”, lənət.

Çıxdın tapağımdan, şişdikcə şişərsən

Dollar, niyə qalxdın bir gündə, düşərsən?

Hörmətli manatnan heç yer dəyişərsən?

 

Yəqin budu niyyət – sənsiz batan ölsün,

Sənsiz duran ölsün, sənsiz yatan ölsün…

Dollar, anan ölsün, dollar, atan ölsün!

Məntək “yetim” olsan yəqin büzüşərsən.

Dollar, niyə qalxdın bir gündə, düşərsən?

Hörmətli manatnan heç yer dəyişərsən?

Bahadur Qobustan

Yazıya 714 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.