Anar Gülümsoy: İradə Aytel də, “Töhfə” də, töhfəçilər də xatirədir artıq…

75328646_521861061702403_3403460573592027136_nAna,ana

mənə corab toxuma!
əllərinin zəhmətini
ayağıma necə geyim?
Ana, mənə papaq toxu
ona başımın tacı deyim.

Anar Gülümsoy

Gənclərlə söhbət”in bugünkü qonağı şair, pedaqoq, Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin direktoru Anar Gülümsoydur.

-         Anar, salam. Sənə necə müraciətedim, müəllim, yoxsa şair?

-         Salam, hər ikisinin öz məsuliyyəti var. Əgər bu musahibənin məğzində şeiriyyət dayanırsa, şair olsun…

-         Şair, məsul vəzifədəsən, məktədirektoru. Təbrik edirəm, sənə qədəgüvənirəm, bilirəki, əazından bir məktəbin gələcəyi əmin əldədir. Amma yenə də mənimçügənc, saf, balaca Anarsan. Axı sənə zaman böyüdün? Özünü bu vəzifədə necə hiss edirsən.

-         Çoxsağ ol. Çalışacağam  ki, güvəninizdə yanilmayasınız. Zaman tez ötür , bir də ayılırsan ki, artıq qayğılarla yüklənərək böyümüsən.

-         Məktərəhbəri vəzifəsində olmaq çətin və şərəflidir. Mən isə sənin direktor olmağını eşidəndə nə qədər sevindimsə, bir o qədər də üzüldüm. Sən yaradıcı adamsan, rəhbər vəzifə isə yaradıcılığın qatı düşmənidir. Bu düşmənlə baş edə biləcəksənmi? Müqayisə edək,  yaradıcılığıbu günlərdə hansı dəyişikliyə uğrayıb?75388229_370815483635528_2345865885299769344_n

-         Bilirsiz, yaradıcılıqla sırf məşğul olmaq istəyən mütləq təkliyə çəkilməli, hamıdan uzaqda özü ilə uzun müddət baş-başa qalmalı, dərviş halı yaşamalıdır. Ya da cəmiyyətdə  bir vəzifə daşıyaraq xalqa xidmət etməlidir. Bir həqiqəti  deyim ki, yaradıcılıq heç nəyə baxmaz, çünki o ruhun işidir.

-         Bunu zamana buraxıram. İlləkeçəcək, mədeyənlə razılaşacaqsan. BöyüyazıçımıQərib Mehdi yetirməsininXəzangüHüseynovanıdirektorolduğunu eşidəndə qəti etiraz etmiş, bu yoldan geri dön, yaradıcılığını məhv eləmə”, demişdi. İlləsonra Xəzangümüəllimə də rəhbəolmağıyaradıcılığmənfi təsir etdiyini təəssüflə qeyd etdi. Bax, müəllimindənQərib Mehdidəsösaldım. Tələbəlik illəri, Gəncə yaddaşına necə çöküb, yadında nə qalıən çox?

-         Zaman hakimdir. Hə, o illər-  tələbəlik illəri ömrün may ayıdır. Gəncəylə bağlı hər şey mənə əzizdir, doğmadır. Elə Qərib Mehdi də, İradə Aytel də, İradə Aytelin “Töhfə”si də, onun “Töhfə” komandası da, “Gəncliyin səsi” üzvüləri,  bu səsin anası Firəngiz müəllimə, tələbə yoldaşlarım, qədim Gəncə, daşlı küçələr, Qoca çinarlar… eeh, xatirə dolu günlər…

 

75362406_461728398024557_5991710661908889600_nqalacaq Gəncənin kucələrində

qabarlı-qabarlı ayaq izləri

bir də o ayağı əzən o daşlar

bir də həsrət dolu hər duşub qalan

bir vaxt xatirəyə donən baxışlar

 

qalacaq Gəncənin kucələrində

bir Cinar ağacı qəmli-qubarlı,

yanında sevənlər gorduyu zaman

yadına duşəcək necə il əvvəl

bir qızı gozləyən tələbə oğlan

 

o oğlan adını yazmışdı axı-

baxacaq sağına, soluna Cinar,

nəhayət, bir kohnə yazı tapacaq

baxıb gorəcək ki,yazılıb A.N.A.R

Bu şeiri o illər xatirəyə dönməmişdən qabaq yazmışdım…

-         Sən şeir deyəndə mücadilə şairimiz – Vətən şairimiz böyük Xəlil Rza yadıma düşür. Çoxları onu pafos şairi adlandırır. Amma o pafos idi ki doxsanların əvvəlində xalqı ayağa qaldırdı və azadlığa apardı. Əlbəttə, o illər mücadiləyə çağıran şeirlər vacib idi. Necə düşünürsən, indi Azərbaycan poeziyasının hansı şeirlərə ehtiyacı var?74841530_2537248146354030_2385901878215966720_n

-         O dönəmdə Xəlil Rza “qolumdakı zəncirləri qıram gərək, qıram,qıram”ı pıçıltıyla desəydi, Xəlil  Rza olmazdı. Şeir var, pıçıltı ilə deyəsən gərək, şeir də var, hay-harayla. Bu, öz yerində. Ailə-məişət şeirlərindən keçib, bəşəri düşüncələri əks etdirməliyik.

-         Səni əsgər paltarında da görmüşəm. Çox yaraşırdı və qürurverici idi.  Səncə məktəbdə şagirdlərə ən çox nəyi öyrətmək lazımdı, elmi ya vətənpərvərliyi?

-         Şagirdlərimizə vətənpərvərliyi aşılmaq təhsil qanunumuzda da öz əksini tapır. Milli ruhda  vətəndaş yetişdirmək hər birimizin borcudur. Bu günün şagirdi sabahın əsgəridir, bu Vətənin təmsilçisidir.

-          (Anar, niyə qısa cavablar verirsən, məmurluğunmu tutdu?

-          Toparlaya bilmirəm özümü, bu aralar işlə bağlı o qədər hadisələr baş verib ki..)

- Şair, bir sevgi şeiri de, ovqatımızı kökləyək…

 

74632367_2544771539100987_8279487015746011136_nürək hər an sevgi səslər,

nə yazıqdı sevgisizlər

ürəyinə sevən kəslər,

qəmin adın həkk eləməz.

 

sevilirsə ruh bədəndə,

bağlanırsan ruhən sən də.

Allahını sevən bəndə,

məhəbbətə şəkk eləməz.

 

həsrət qəlbin təkindədir,

ümid dərdi çəkənədir.

yaxşı bilir təklik nədir,

Tanrı bizi tək eyləməz.

-         Sevgidən danışmaq istəyirəm, külfətindən qorxuram. Əslində, “Qara qız” ananın sevimli gəlini, intellektli, ali təhsilli xanım, gözəl qadın, qayğıkeş anadır.  Soruşmaq istərdim,  ilk məhəbbət yaddan çıxırmı? Oxuyacaqsa, susum…

-         Əlbəttə, oxuyacaq.  Hər görüş bir xatirə, hər görüş bir and yeri! Allah, necə unudaq, necə xatirələri?! – desək də, unuduruq bəzən…

-         Bir az balaların – ballarından danış…

-         Atası kimi həssas Fatimə 2-ci sinifdə oxuyur . Ərkəsöyün Tuncay beşyaşlıdır.

-         Allah qorusun balalarını. Kitab da övlad sayılır, neçə kitabın var?

-         Bir kitabim var 10-cu sinifdə oxuyanda çixib. O vaxtlar mənə stimul versə də, sonralar gizlədim o kitabi.

-         Sənin şeirlərin ritmi ilə də çox fərqlidir. Ürəkdən gəlir, ürək döyüntülərinin səsi ilə. Bir sərbəst şeirin var, onu səsləndirim, sonra sualıma keçid alacam:

 

yenə yarpaq tökümü,74237776_484862135454081_4497581179892924416_n

yenə çəkim yükümü.

durub boynubükülü

söz gözləyir yarpaq məndən.

didilirəm didim-didim-

ağac mənəm,

budağ mənəm,

bu ah mənəm…

 

gözləmişəm neçə yol,

ürəyimdən keçə yol.

ruhum, mənə bələdçi ol

göy üzünə qaçaq mənlə

uçaq mənlə,

suç ah, mənlə…

 

insan iki can yaşayır,

həyat ölümlə başlayır.

ha-ha-ha…

eheeey…

- bu dəli mənə oxşayır.

iraq məndən,

iraq məndən…

 

-         Sərbəst, səpkili şeir olsa da, burada sözlərin, misraların havası, səsi, elə oynaqdır ki, bu şeir formasında da sənin nəfəsini duyuruq.  “Bu dəli mənə oxşayır”, deyirsən, Şairlik səncə də dəlilikdi?

-         Yaradıcılığıma dəyər verdiyiniz üçün çox minnətdaram. Bəzən dəliliklə ruhi xəstəliyi səhv salırıq. Baxın, Məcnun ruhi xəstə deyildi, dəli idi – eşq dəlisi. Dəlilik aşiqlikdir, hər şairin içində bir dəlilik hayqırmaqdadır.

 

73324315_2627734197456744_3548639543462723584_nDeyirsən ki,

məni də bir daş apardı

Həllac daşlanan yerdən.

mən sən oldum,

mən sən oldum

eşqin başlayan yerdən.

 

ay tutuldu, gün açıldı,

göz bağlandı, əl açıldı,

hər güllədən gül açıldı,

köksümə tuşlanan yerdən.

 

ruhum qopdu fəryad kimi,

körpü keçdim sirat kimi,

yanımdan ötdüm yad kimi,

cismim huşlanan yerdə..

 

göy üzünə bir baş vurum

nə ulayım, nə qışqırım.

qoyun gedib yuva qurum

ruhum xoşlayan yerdə.

 

-         Şair, bu şeirin bəşəri və irfana sarı boylanan şeirdir. Ruhun xoşladığı yer irfanların ucaldığı yerdir.  O yerə çatmaq üçün sadədə  sevgi – insanlığa, bəşəriyyətə, Allaha, övlada Vətənə və s. olan sevgi bəs etmirmi?

-         İrfani sevgiyə gedən yol bu sadaladıqlarınızdan keçir. Amma:

“axı necə sevməyim?

- özümdən getməyimdir

hər gün sənə gəlməyim..”

-         Şair, bölgədə Ədəbiyyat nə yerdədi? Mərkəzdən çoxmu fərqlənir?

-         Ədəbiyyat elə bölgədədir də. Günəşin doğuşunda, qürubunda Nəsiminin “ənəlhəqq”ini duymaq, quşların səsiylə oyanmaq, otların üstündə qaçmaq, yarpaqların xışıltısında xısın-xısın “hu”lanmaq məhz ədəbiyyatdır. Bir müddət şəhərdə yaşadım , sıxıldım, darıxdım.

-         Bir şeirin var, “Gör səni nə qədər çox istəyirəm” o şeiri deyərsənmi?

 

sevgim yol salıbdır lap yerdən göyə.

səni çox sevirəm, de görüm, niyə?

gəlib əllərimi qoxlayıram mən,

sənin əllərinə dəymişdi deye.

-gör səni nə qədər çox istəyirəm.

 

gözlərim tək sənə baxmaq istəyir.

sənə baxanları yıxmaq istəyir.

gözünün başına dolanmaq üçün

ürəyim köksündən çıxmaq istəyir.

gör səni nə qədər çox istəyirəm.

 

ümidlə gecədən çıxaq gündüzə.

inan, səninləyəm hər an üz- üzə.

sən mənə bir dəfə “gəl” deməyinlə

durub ayaqyalın qaçaram sizə.

- gör səni nə qədər çox istəyirəm.

 

-         Şair, tənqidçi-şair Məmməd Alimi necə xatırlayırsan?

-         Az görüşmüşdük, səmimi mehriban adam idi.

-         Anar, Tıq-tıq xanım gözəl idi?

-         Tiq tiq xanimin söhbətimizlə nə əlaqəsi?

-         Mən də məəttələm… Elçin Aslangil dedi ki, “Anar Gülümsoyla söhbətləşməyini istərdim. Ondan soruş görüm, niyə ağacı öpür? Səydi?”  Onun sualına da qısa cavab verəcəksən?

-         Elçinə çox da baş qoşmayın. Ama mən ağacların ruhunu duya bilirəm, nədənsə ağacları qadına bənzədirəm. Misalçün, salxim söyüdlər saçlarını yana tökmüş qadın, çiçəkləyən ağac gəlinlik qiyafəsindəki qadın, xəzəlləşən ağac qayğılara bükülən qadın və s.

-         Səndən sonra kiminlə söhbət etməyimi istərsən? Və o adama bir sual vermək hüququn var…75328646_521861061702403_3403460573592027136_n

-         Vüsal Hicranla. Vüsal, yenə Gəncədən Şəmkirə kimi qaçarsanmi?

-         Anar müəllim, təşəkkür edirəm mənə vaxt ayırdığın üçün. Şair kimi söhbətə başlasaq da, cavabların əsil məmur cavabları idi -  qısa və konkret. Çox minnətdaram, səndən bir ricam var, lap böyük məmur olanda (mən olmasam belə) bir İradə Aytel var idi deyərsən.

-         İradə Aytelimiz həmişə var, olacaq da!

-         Təşəkkürlər!

Yazıya 929 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.