28 sentyabrda 44 günlük Vətən müharibəsi şəhidi, Zəfərə gedən yolun ilk yolçularından olan, müharibənin çox çətin aşırımı – Füzuli səddini qəhrəmanlıqla yaran leytenant Aqil Məcidovun anım günü keçirildi.
Əvvəlcə Şəhidin məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Daha sonra onun evində anım mərasimi təşkil olundu. Tədbirdə şəhid ailələri, qazilər, Tovuz ictimaiyyəti, şəhidin təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi, həmçinin Tovuz Xeyriyyə Cəmiyyətinin üzvləri iştirak edərək qəhrəmanın əziz xatirəsini yad etdilər.
Çıxışlarda vurğulandı ki, Aqil Məcidovun qəhrəmanlığı və şücaəti gənc nəsil üçün örnəkdir. Onun Vətən uğrunda göstərdiyi fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq.
Yazıya 30 dəfə baxılıb