Ayxan Hüseynli – Könülsüz dünya (tək şeir)

Sığınır  həyatım bir susqun dilə,

Bağlanır tez qopan həsrət telinə.

Sızladır köksümü, dərd verir yenə,

Mənə könül verən, könülsüz dünya.

 

Yenə də qar yağır sevgi yoluma,

Əriyir, şadlığım qismət oduma.

Mən susum, sakitcə çıxsın sonuma,

Mənə nəfəs verən, nəfəssiz dünya.

 

Çox kəhkəşanlıdır arzu sarayım,

Sonsuz, tükənməzdir, bu hay-harayım.

Sən davam, mən tamam, artıq dayanım,

Mənə qanad verən, qanadsız dünya.

 

Yazıya 11 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.