Günel Əli – Bazar günü

12833372_491226671064580_462795517_n

Bu gün bazar günüdür,
Oyanıb səhər tezdən
Otağı süpürmüşəm.
Günortanın yemeyin
On birdə bişirmişəm.

 

Qablarım işıq saçır
Kristaldır,almazdı.
Camaşırlar dünəndən
Yuyulub bəm-bəyazdı.

Otağın havasından
Bahar qoxusu gəlir.
Sahibə qımıldanır:
“Deyəsən qonaq gəlir…”

Deyirəm ki, ay xala,
Hər zamanki halimdi.
Lakin bazar günləri
Mənim ilham pərimdi.

Mixəkli çay dəmlədim
Ətrinə qızlar gəldi.
Dünən bişirdiyim tort
Dillərindən düşmədi…

Üzü axşama doğru
Gedir gün yavaş-yavaş.
Qələm artıq qurtarır
Deyir: “bəsdi, sağollaş…”

 

Yazıya 609 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.