Həftənin kiri çxıb
Evdə zibil dizətən.
Qablar çirkli, bulaşıq,
Sükut asılıb pərdələrdən.
Dünya da çirkli görünür
Çirkli pəncərələrdən…
Dostum yatır bayaqdan,
Bir udum su da yoxdu.
Qaz kəsilib gecədən
Otaq yaman soyuqdu.
Qara çay kif bağlayıb
Çanikin buz qarnında.
Hörümçək tor qurubdu
Stolun ayaqlarında.
Qara libas geyinib
Otağın divarları.
Ölmüş əsgərləri xatırladır
Çarpayının altındakı
Siqaret biçoqları…
Axşam kefli gəlmişəm
Darvazadan çöldə-
Qalib ayaqqabılarım.
Bu gecə seherədək
Üşüyüb ayaqlarım…
Qoy durum evdən çıxım,
Birazdan dərdim kisələnəcək.
Mən qalsam əgər
Otaq lap çirklənəcək…
Yazıya 619 dəfə baxılıb