“GÜNAHKAR” – Elşən İsmayıldan yeni və fərqli film – VİDEO

günahkar 1

 

Aldığımız məlumata görə, gənc rejissor bir müddətdir ki, yeni filmin üzərində işləyir. Bu səfər sənətkar öncəki filmlərdəki kimi milli-ideoloji deyil, tamamən fərqli bir mövzuya müraciət etmişdir. Xüsusilə sosial-psixoloji mövzuda olan filmdə hadisələr baş qəhrəmanın etirafları və iç dünyasının qarmaqarışıq təzahürü əsasında təqdim olunur. Ailə-məişət, dostluq, sevgi, yalan və ikiüzlülük kimi, eləcə də peşmançılıq, özünütənqid, həyatdan bezginlik mövzuları da filmi əhatə edir. Filmin Operatoru ELÇİN İSMAYIL, Ssenari müəllifi və Quruluşçu rejissoru Elşən İsmayıldır. Əsas rolları TEHRAN RƏHİMOV, CAHİD AĞAZADƏ, SEYMUR MUSTAFAYEV, ŞƏLALƏ BABAYEVA ifa edirlər. Filmin Avqust ayının sonuna qədər izləyicilərə təqdim olunması planlaşdırılır.

günahkar 3 günahkarv 2

 

Filmin Tanıtım fraqmenti:

Yazıya 409 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.