2025-ci il mayın 25-də Bakı Atatürk Mərkəzində “6-cı Uluslararası Basma Fistan Giyerim” adlı çalıştay-simpoziumun bağlanış toplantısı keçirildi. Sənətin birləşdirici gücünü əsas alan bu beynəlxalq tədbir müxtəlif ölkələrdən gəlmiş rəssamları bir araya gətirərək ortaq mədəni və humanist düşüncə formalaşdırmağı hədəflədi.
Toplantı çərçivəsində çalıştaya qatılan sənətçilərə rəsmi sertifikatlar təqdim olundu. Bu sənədlər, onların simpoziuma verdiyi töhfələrin simvolu olaraq böyük rəğbətlə qarşılandı. Tədbir boyunca iştirakçılar, sənətsevərlər və dəvətlilər çalıştayın məqsədi, məzmunu və yaradıcı prosesə dair fikirlərini bölüşdülər.
Tədbirin ən yadda qalan anlarından biri Atatürk Mərkəzinin sərgi salonunda yaşandı. Çalıştay müddətində ərsəyə gəlmiş 30-a yaxın rəssam və fotoqrafın əsərləri böyük maraqla qarşılandı. Müxtəlif texnika, üslub və duyğularla yoğrulmuş bu əsərlər vasitəsilə tamaşaçılara sənətin dili ilə bəşəriyyətə sülh mesajı çatdırıldı.
Sənətdə Birlik və Sülh: Kuratorlardan Mesajlar
Simpoziumun kuratorlarından olan rəssam Nəvai Metin Məmmədoğlu toplantıda çıxış edərək diqqətçəkən bir bənzətmə ilə çıxış etdi:
“Dünya bir ev kimidir – tavanı göy, döşəməsi torpaq. Kamil insan bunu belə qəbul etməlidir. Əks təqdirdə fəlakət başlanmış deməkdir. Bu səbəbdən hər kəs öz sahəsində bu evin sülh və nizamını düşünməlidir. Bizim də əsas məqsədimiz məhz budur.”
Nəvai Metin Məmmədoğlunun bu sözləri çalıştayın dərin fəlsəfi və insani məzmununu açıq şəkildə əks etdirdi.
Digər kurator Günay Aral isə “Basma Fistan Giyerim” başlığının mənşəyi haqqında danışdı. O bildirdi ki, bu ifadə Türkiyədə bir dövr həm iqtisadi, həm də mədəni cəhətdən mühüm yerə sahib olmuş Sümerbank institutundan qaynaqlanır. Aral çıxışında qeyd etdi:
“Bu layihə, Sümerbankın bağlanması ilə unudulmuş bir dövrün yaddaşını yaşatma cəhdidir. Basma fistanlar bir dövrün istehsal mədəniyyətini, qadın zəhmətini və kollektiv ruhunu təmsil edir. Bu layihə ilə həm də sosial-iqtisadi proseslərin kənarda qalmış mövzularına sənətin dili ilə toxunaraq keçmişlə gələcək arasında yeni körpülər qurmaq və Atatürk tərəfindən qurulmuş Sümerbank ruhunu yeni nəsillərə ötürməyi hədəfləyirik.”
Beynəlxalq İştirak və Ümumbəşəri Mesajlar
Tədbir boyu müxtəlif ölkələrdən iştirak edən sənətçilər və çıxışçılar belə tədbirlərin yalnız estetik yaradıcılıq baxımından deyil, həm də mədəni diplomatiya və qlobal sülh baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladılar. Fərqli coğrafiyalardan gəlmiş sənətçilərin eyni məkan və ideya ətrafında birləşməsi insanlığa sevgi, anlayış və barış mesajı verdi.
Bir çox çıxışçının sözləri bir fikirdə birləşdi:
“Sənət – dünyanı xilas edəcək ən ümumbəşəri dildir.”
Kuratorlar Nəvai Metin Məmmədoğlu və Günay Aral başda olmaqla, bu dəyərli çalıştayın ərsəyə gəlməsində əməyi olan bütün sənətçilərə və dəstəkçilərə təşəkkür edildi. Tədbir, bir daha xatırlatdı ki, sənət vasitəsilə sülh dolu bir dünya mümkündür.

Yazıya 20 dəfə baxılıb