İMAN ABDULLA VƏ QIFILBƏND

10341485_440536616086194_7065779282743528036_n

Rəvayət edirlər ki, el arasında dolaşan bir qıfılbəndin açmasını axtarırmışlar. Hər şair bu qıfılbəndə bir açma verirmiş, lakin heç biri bəyənilmirmiş. Həmin qıfılbənd belə imiş:

Ey çəkən övlada həsrət,
Gəl, eşit fəryadımı.
Sən mənə həsrəti ver,
Mən də sənə övladımı.

Soraq gəlib çıxır İman Abdullaya. İman Abdulla qıfılbəndi oxuyan kimi məsələni anlayır. Çünki heç kəs gül balasını həsrətə dəyişməz. Bu qıfılbəndin hikməti ondadır ki, onu söyləyən adam övladlarından vəfa görməyib, beş oğul övladı tərəfindən qocalar evinə atılan bir atadır. Bu qıfılbənddən görünür ki, övlad həsrəti çəkən bir adama rast gələn bu atılmış ata öz şeiri ilə fəryad edir. İman Abdulla şeirin mabədini qoşub-düzür:

Beş oğul övlad böyütdüm,
İlləri verdim hədər.
Çıxmadı sahib mənə
Həmən o beşdən bir nəfər.

Ovuclarım qabar-qabar,
Qanla yuyardım əlimi.
Susuz düzlərdə işlərdim,
Gün qurudardı dilimi.

İlləri verdim hədər,
Zülm yol-yoldaşım oldu.
Sevincdən bina ucaltdım,
Kədəri başdaşım oldu.

Eşit, ey övlad arayan,
Həsrətə mən tək acanı!
Atdı qocalar evinə
Beş fərsiz oğul qocanı.

 

 

İman Abdullanın cavabı qıfılbəndi söyləyənlərin xoşüna gəlir və ona bu kiçik şeirin sirrini açdığına görə təşəkkür edirlər.

 

Bilal Alarlı

Yazıya 1097 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.