“Tərcümə Mərkəzinin kitabları” seriyasından Ernest Heminqueyin “Qadınsız kişilər” kitabı işıq üzü görüb.
Azərbaycan Tərcümə Mərkəzinin (ATM) bədii ədəbiyyat həvəskarlarına təqdim etdiyi əsərlər toplusu yazıçının müxtəlif dövrlərdə qələmə aldığı hadisələri, birinci və ikinci dünya müharibələri arasındakı tarixi mərhələnin mənzərələrini əks etdirir.
ATM-dan AzərTAc-a bildirilib ki, kitaba görkəmli nasirin “Qadınsız kişilər” hekayələr silsiləsi ilə yanaşı, “Ya var, ya yox” romanı, həmçinin, Afrika mövzusunda yazılmış məşhur “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” hekayələri də daxil edilib.
Kitabın tərcüməçisi Mahir N. Qarayevdir.
Mənbə:
Yazıya 643 dəfə baxılıb