Martın 3-ü saat 14:00-da Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat və imza günü keçiriləcək.
525.az-ın məlumatına görə, tədbir Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. “Zaman tuneli” ayrı-ayrı məkanları, zamanları birləşdirir. Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir.
Burada gələcək və keçmiş iç-içə keçirilib, ağ və qara arasındakı xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb. Müəllif bu parçalanmanı yaratmaqla oxucunu sonsuzluğa səyahətə dəvət edir.
Ramil Əhməd 2011-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Yüksək təhsil göstəricilərinə görə iki dəfə (2013 və 2014-cü illərdə) “İlin tələbəsi” fəxri adı ilə təltif edilib.
Azərbaycan Yazıçılar Birliyinin və Gənc Ədiblər Məktəbinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə “Gənclər mükafatı” ilə təltif olunub.
Yazıya 750 dəfə baxılıb