Firuz Mustafanın imzası geniş oxucu və tamaşaçı auditoriyasına yaxşı tanışdır. Onun indiyəcən 40-dan çox bədii və elmi kitabı nəşr olunub, dövlət teatrlarında onlarla pyesinə quruluş verilib. “MBM” nəşriyyatı yazıçının “Hekayələr” adlı, yeni kitabını nəşr edib.
Buraya Firuz Mustafanın müxtəlif illərdə və müxtəif nəşriyyatlarda çap edilən “Dünyanın rəngi”, “13 hekayə”, “Monohekayələr”, “Ölü dildə sevgi məktubları” kitablarına daxil olunmuş hekayələri toplanıb.
Beləliklə, vaxtilə beş kitabda nəşr edilmiş hekayələr indi bir cilddə oxucuların ixtiyarına verilib. Bu hekayələrin qəhrəmanları yaşadıqları mühit, formasiya və zamandan asılı olmayaraq ağrı-acılarla yaşayan, sevinən, darıxan, sevilən, sevən, nifrət edən, əzən, əzilən… insanlardır. Yeni kitaba daxil edilən birinci və sonuncu hekayə arasındakı zaman məsafəsi təxminən qırx ildir.
Birinci kitabın çap olunduğu vaxtdansa otuz il keçir. Və əslində bu kitabın əsas qəhrəmanlarından biri elə vaxtdır.
Yazıya 663 dəfə baxılıb