Aynur Məsimova (Təmkin) – “Fədai” (hekayə)

 

106093961_3632010576812594_3135517810024660122_o

Ağır addımlarla liftən enib qapılarına yaxınlaşdı.Son dərəcə fikirli idi.Son zamanlar görüb- eşitdikləri onun özünə çox təsir etmişdi.

Mənzili buz kimi soyuq idi.Hər yan zülmətə qərq olduğundan əhvalı bir az da korlandı.İşıqları yandırıb mətbəxə keçdi.Çaydanı qazın üstünə qoyub üstünü dəyişmək üçün yataq otağına adladı.Qonşu binalardakı evlərin hamısı nura qərq olmuşdu.Gözlərinin dərinliyində kədərin gölgəsi dolaşdı.Dərindən ah çəkib könülsüzcəsinə vanna otağına keçdı.Duşun altında dayanıb baş verənləri düşünməyə başladı.Dünyanı çənginə alan təhlükə Azərbaycandan da yan keçməmişdi.Qorxunc xəstəlik sərhədləri çoxdan aşaraq sinsi düşmən kimi öz işini görməyə başlamışdı.Ölkə başçısının vaxtında həyata keçirdiyi tədbirlər xəstəliyin surətini azaltsa da təhlükə hələ də səngiməmişdi.Əhməd çarəsiz insanları düşündükcə içinə qor dolurdu.O, infeksionist həkim olmasa da özünü camaatın qarşısında günahkar sayırdı.

Saçlarını qurudaraq mətbəxə keçib çaydanın altını söndürdü.Özünə bir fincan çay süzüb divana oturdu.Pultu basıb televizoru açdı.Yenə eyni dəhşət saçan xəbərlər,yenə eyni sarsıdıcı məlumatlar.Çaydan bir udum alaraq başını arxadakı yasdığa dayayıb  gözlərini qapadı.”Yox nə olursa- olsun o, xəstəliklə mübarizəyə qoşulan həkim ordusuna qatılacaqdı”Aldığı qərardan bir qədər sakitləşərək dərindən nəfəs alıb   kiməsə zəng etdi.Qarşı tərəf nə qədər təbliğat aparsa da Əhməd qərarından dönmədi.Otaqda var- gəl edə-edə verdiyi qərarı götür- qoy etməyə başladı.O, insanların çarəsiz durumda olduqları bir zamanda evində  yorğan- döşəyində sakit yata bilməyəcəkdi.

Gözləri soyuducunun qapısına  yapışdırılmış rəsmin üstündə dayandı.Yaxınlaşıb yeddi yaşlı Jasminin çəkdiyi rəsmi əlinə götürdü.Kövrəlmiş halda rəsmi dodaqlarına yaxınlaşdırıb öpdü.Sanki qızının qoxusunu  burnunda hiss etdi .Yaşarmış gözlərini ətrafa dolandırıb kiçik Cavidin cızma qarasında saxladı.

Çox darıxmışdı,çox…Övladlarına duyduğu həsrət hər gün bir az da artırdı.Anasının adını qoyduğu Jasmin hər gecə yuxusuna girirdi.İndi də anasını xatırladı.Göz bəbəkləri dolub daşdı.Acı göz yaşları yanağı boyu süzüldükcə həsrəti daha da qövr elədi.Bəlkə də vaxtsız itirdiyi anasının  acısı idi onu bu işə sövq edən.İllər keçsə də anasının qoxusu burnundan çəkilməmişdi.Zaman hər şeyə əlacdır desələr də illər onun yarasına məlhəm ola bilməmişdi.Əlli bir yaşında dünyaya göz yuman anasına nə həkim olan atası,nə bacısı nə də özü bir çarə ola bilməmişdilər.Onun toyuna bir ay qalmış təyziqi qalxıb xəstəxanaya düşən anası onları gözü yaşlı ,boynu bükük qoyaraq bir pəri kimi uçub haqq dünyasına qovuşmuşdu.Yəqin anasının yoxluğunu hələ də qəbul edə bilməməsi idi onun gözlərində gizlənən kədərin səbəbi.Dərindən ah çəkdi.Anası Jasmininin qoxusunu aldığı balaca Jasmin də indi onu tək qoymuşdu.”Eh hər adamın işi deyil həkim arvadı olmaq.”Axı həkim tez gedib gec gələ bilir.Vaxt -bivaxt xəstə üstünə çağrılır.Bunu isə “həzm eləmək”…..

Tənha idi.Bu qoca dünyada çox tənha idi.Bu an məsləhət etmək üçün ,başını dizinə qoyub rahatlanmaq üçün anasına nə qədər ehtiyacı vardı.

Getməliydi,mütləq getməliydi…Bacardığı qədər insanlara yardım etməliydi.Göz baxa-baxa heç kimi ölümə tərk etməyəcəkdi.Hansısa ananı sinəsi dağlı,hansısa balanı gözü yaşlı görməyə qəlbi dözə bilməyəcəkdi.Ölüm adlı kabus başı üzərində dolaşsa da o, əsla qərarından dönməyəcəkdi.

Özü hazırladığı yeməyi qızdırıb boşqaba tökdü.Ancaq nə qədər çalışsa da yeyə bilmədi,loxmalar ağzında böyüdü.Nimçəni kənara itələyib komyuteri açdı,bir-bir xəstələrin anketlərini incələməyə başladı.Başını qaldırıb saata baxdı.Gecə yarıdan keçmişdi.Artıq göz qapaqları ağırlıq edirdi.Yatağına uzanıb yuxulamağa çalışdı.Amma faydasız.Yenə xatirələr yaddaşında canlandı.Analı günləri,uşaqlığı bircə- bircə gözlərinin qarşısından kino lenti kimi keçməyə başladı.Gah gülümsədi,gah doluxsundu.Beləcə göz yaşları içində də yuxuya daldı.

Səhər erkəndən durub xəstəxanaya getdi.Qərarını kolleqalarına bildirib onlarla salamatlaşdı.Kim bilir bir də nə zaman görüşmək qismət olacaqdı.Adını könüllü olaraq siyahıya yazdırdı.O tək deyildi.Onun kimi xalqının sağlamlığı uğrunda mübarizə aparmaq  istəyən həkimlərin sayı az deyildi.Onun kimi düşünən,onun kimi bu məsuliyyətli işə qoşulmaq istəyən çəfakeş həkim ordusunun  insanların sağlamlığı uğrunda hər an hər dəqiqə mübarizəyə hazır olması Əhmədi qürurlandırmaya bilməzdi.O, bu işin ağırlığını çox yaxşı anlayırdı.Lakin nə olursa -olsun bu yoldan əsla çəkilməyəcəkdi.Bir həkim olaraq onun vəzifəsi xalqının sağlamlığının keşiyində durması idi.

Maşına oturub mühərriki işə saldı.Yolunu özündən yeddi yaş böyük olan kiçik xalasığildən saldı.Heç özü də duyğularından baş açmırdı.Amma deyəsən mehrini xalasına salaraq anasının qoxusunu ondan alırdı.O Aygün xalasıyla salamatlaşmadan heç yana gedə bilməzdi.Axı o artıq istədiyi vaxt sərbəst halda gedib gələ bilməyəcəkdi.Ağır xəstəliyə yaxalanmamaq üçün mövcud təhlükəsizlik  tədbirləri görməliydi.Və bunun üçün Əhməd ilk növbədə özünü  və yaxınlarını bu xəstəlikdən qorumalı idi.Axı heç kəs istər həkim ,istərsə də başqa sənət sahibi bu xəstəlikdən sılğortalanmayıb.

Qapının zəngini basıb gözlədi.Bir azdan ayaq səslərini eşidib üzündə təbəssümlə əliylə gözlüyü tutdu.Xalasının belə işdə ehtiyatlı olduğunu bildiyindən onunla  zarafat etməyi xoşlayırdı.Qapının arxasından Aygünün kimsən deyən səsini eşidib əllərini çəkdi.

-Xala mənəm-deyərək gülə-gülə dilləndi.Aygün Əhmədin nəşəli səsini eşidib sevincək halda qapını açıb oğlanı evə buraxdı.Çəkmələrini çıxardıb gülə-gülə ona baxan Əhmədi qucaqlayıb bağrına basdı.Ailə həyatı qorxulu kabus kimi keçən bacısının balasını heç zaman yeganə oğlundan ayırmayan Aygün Əhmədin kürəyindən yüngülçə döyəcləyib otağa itələdi.isti qazan xörəyinə həsrət bacısı oğluna yemək qızdırb süfrə açdı.Əhməd nə qədər yeməyəcəyəm söyləsədə Aygün israrla onu süfrə arxasına oturtdu.

-Bəsdi danışdığın.Elə məndə acam.Səhərdən ev işlərinə başım qarışıb yeməyi unutmuşam .Di haydı başla -deyərək oğlanın yeməyi üçün israr etdi.

Deyə-gülə yeməklərini tamamladılar.Aygün hərəsinə bir stəkan çay süzüb Əhmədlə qabaq -qənşər oturdu.

-Ay Əhməd bu karonavirus zəhrimar bizdə də var deyirlər.Doğrudur?Adam fikirləşməyə də qorxur.Allah hamını özü qorusun.Amma oxuduqca ,eşitdikcə qorxudan ürəyim dayanır.

-Doğrudur, xala.Hərçənd ki hərə bir söz uydurur.Qanan da danışır, qanmayan da.Amma, xala ,deyilənlərin heç biri yalan deyil.Hələ prezidenti sağ olsun.Qabaqlayıcı tədbirlər görməsəydi  bu xəstəliyin qarşısı alınmaz olacaqdı.

-Elə qorxuram ay Əhməd.Sənin üçündə lap narahatam.Yanına yüz cür adam gəlir.Sən nə biləcən ki ,bu gələn virusa yoluxub ya yoluxmayıb.Sən Allah özünü güd.

Əhməd uşaq təki gülümsəyib məsumcasına xalasına baxdı.İndi  məqsədini açıqlamaq üçün tam zamanı idi.

-Qorxma ay xala.İnşallah Allahın izniylə bu dərddən də qurtaracağıq.

-Nə bilim, ay Əhməd,Allah ağzından eşitsin.Ağzıma almağa da qorxuram.Deyirəm nə yaxşı ki ,sən infeksionist həkim deyilsən.Yoxsa səni tanıyıram ,gedib qoşulacaqdın pandemiyaya ilə mübarizəyə.

Əhməd ayağa qalxıb xalasının boynunu qucaqladı.Necə də anasına oxşayırdı.Qoxusu belə anasının qoxusuna bənzəyirdi.

-Ay xala-biç-bic gülümsədi.Mən sabahdan Tədris karonoviruslu xəstələrin müaliçəsinə başlayıram.Bu gün də gəldim səninlə salamatlaşmağa.Sizdən çıxıb Günellədə salamatlaıb səhər tezdən xəstəxanaya yollanacam.

Aygün gözləri irilənmiş halda bacısı oğluna baxıb deməyə söz tapmırdı.Deyəsən qorxduğu başına gəlmişdi.Əhmədin xasiyyətinə bələd idi.Əgər ki,bir fikiri beyninə yeritdisə mütləq onu edəcəkdi.

-Elə baxma xala.İnşallah ki ,hər şey yaxşı olacaq.Bir də gördün ki bu gün ki kimi gəlmişəm səninlə görüşməyə.

Nəhayət Aygün eşitdiyi xəbərin təsirindən az da olsa özünə gələrək qəmli baxışlarını oğlanın nur tökülən gözlərində sabitlədi.

-Sən balalarını heç düşünmürsən?Bizə yazığın gəlmir,heç olmasa o körpələrə yazığın gəlsin.

Əhmədin gülümsər çöhrəsi yenə qayğılandı.Bir an olsa beynindən çıxmayan körpələrin üzləri gözü önündə canlandı.Həsrəti,nisgili varlığını bürüdü.

-Xala mən bir həkiməm.Həkimin borcu insanların sağlamlığı uğrunda mübarizə aparmaqdır.Mən getməyim o biri getməsin.Hərə yaxasını kənara çəkib dursun ki mənim oğlum -qızım var.Bəs onda  kim düşünsün bu camaaatı.Sən heç nəyi dərd etmə xala.İnşallah sağ-salamat görüşünə gələcəm.

-İnşallah.-Aygün ağlamamaq üçün dodaqlarını çeynəyib boğazına qədər düyümlənən qəhərini udmağa çalışdı.

Əhməd Günellədə vidalaşdıqdan sonra şəhəri bir qədər dolaşdı.Qaşını-qabağını sallayan doğma Xəzəri doyunca süzdü.Sahildə görükən tək-tük adamların üzündə qorxunun gölgəsini,xəstəliyin dəhşətini gördükdə doğru yolda olduğuna  daha da əmin oldu.

Aprel ayı olsa da hava çox soyuq idi.Günəş buludların arasından  bir görünüb bir yox olurdu.Balalarının fotosuna doyunca baxıb qapıdan çıxdı.Çətin bir yolun astanasında olduğunu bilə-bilə məğrur addımlarla amalına doğru yeriyən  Əhməd bütün təhlükəni  gözə alaraq xəstəxananın kandarından içəri addımladı.Burada hər şey fərqli idi.İnsanların bənizində inamsızlıq,göz bəbəklərində qorxu və dəhşət dolaşırdı.Hamı özünə və əzizlərinə bir şey olacaqmış kimi panikaya düşmüşdü.Belə bir vəziyyətdə işləmək olduğundan da ağır idi.Lakin Əhməd hər nə olursa – olsun camaata  yardım edəcək,insanların ölməməsi üçün əlindən gələni əsirgəməyəcəkdi.

Üst-üstə geydiyi paltarlardan nəfəsi daraldı.Əlində əlçək ,gözündə eynək xüsusi hava keçirməz paltarda səkkiz saat dayanmaq hər adamın hünəri deyildi.Tərəfdaşlarıyla bərabər bu mühüm addımı atanda nə kimi çətinliklə rastlaşacaqlarını hamısı bilirdi.Amma eşitmək ayrı,görmək ayrı.

Xəstələrin yerləşdirildiyi xüsusi palataya daxil oldu.Xəstəliyə yoluxan hamilə gəlinin ondan imdad diləyən baxışlarını görüb sarsıldı.Uşaqcasına gözəlliyə malik olan gənc xanıma ürəyi parçalandı.Bətnində ki körpəsini qucağına almadan ağır mərəzə yoluxan bu gənc ana yalvarış dolu baxışlarını həkimdən almadan ağrılar içində qovrulurdu.Özünü tox tutmağa çalışdı.Bura elə bir yer idi ki ,möhkəm iradə lazım idi gördükləriylə mübarizə aparsın.

Lazım olan yardımı etdikcə urəyinin  sıxıntısı artırdı.Gənc qadın :

-Doktor nə olar kömək edin.Boğuluram.Nəfəs ala bilmirəm -deyə yalvardıqca ürəyi sızım -sızım sızıldayırdı.Özünə yaxın buraxmaq istəməsə də bir gün əzizlərinin bu dərdə tutulacağı qorxusu beyninə ,könlünə zəhərli ilan tək sarışmağa başlamışdı.

Olunan  müdaxilədən sonra qadının nəfəs alması bir az qaydasına düşdü.Gənc qadın sakitləşərək yuxuya getdi.

Əhmədi fikir götürmüşdü.Əgər xəstələrin sayı durmadan artsa, vəziyyət ağırlaşsa qarşısı alınmaz hala gələcəkdi.

ilk günü olduqca ağır keçmişdi.Alışıq olmadığı vəziyyət onu çox yormuşdu.Sanki canlı robot idi.Özünü müqəvva kimi hiss edirdi .Bütün bunlar  keçib gedəsi hal idi.Onu əsas yoran xəstələr idi.Həddsiz dərəcədə vəziyyəti ağır olanlar da vardı.Onlara nisbətən daha yüngül keçirənlər də.Hər iki halda onların həyatı təhlükəsi çox idi.Onun bir insan ,bir həkim kimi başlıca vəzifəsi xəstələrini  ölməyə qoymamaq idi.O illərin həkimi olsa da ölüm hallarına dözə bilmirdi.

Artıq onlara təyin olunan iş saatı başa çatmışdı.Üzərini dəyişib paltarlarını geyindikdə ciyərlərini təmiz hava ilə doldurub içinə çəkdi.Sanki içəridə canı ilə əlləşən xəstələrini daha yaxşı anladı.Bir saniyə belə təmiz havanı uda bilməmək insanı dözülməz hala salırdı.

Tibbi müayinədən keçdikdən həmən sonra onlar üçün ayrılmış xüsusi avtobusla otelə gəldilər.Yuyunub rahatlanaraq yeməkdən yeyib çarpayıda yerini rahatladı.Gözlərini yumub  özünü yuxuya təslim etdi.

Sabah günəşinin  ilıq şüaları otelin pəncərəsindən süzüldüyü zaman tez durub  hazırlanaraq aşağı endi.

Bu gün xəstələrin sayı dünənkilərdən də çox idi.İnsanların qorxu və dəhşət saçan baxışları Əhmədi üzdükcə üzürdü.Dünən müalicəsinə başladıqları hamilə gəlinin uşaqlarının da virusa yoluxduğu üzə çıxmışdı.Artıq uşaqlar da analrıyla eyni palatada onun qədərini paylaşırdılar. Əhməd balaları üçün əzab çəkən ananın üzüntüsünü müşahidə etdikcə ürəyi daha da çox ağrıyırdı.Körpələrin ağlamaqdan qızarıb şişmiş üzlərinə baxdıqca içi qan ağlayırdı.Səsinə şirinlik qataraq onları sakitləşdirməyə çalışırdı.

Zaman ağır-ağır irəliləsə də vəziyyət düzəlmək bilmirdi.Xəstələrin sayı durmadan artırdı.Palatalar surətlə dolsa da boşalması uzun zaman alırdı.Virus daha çox yaşlı insanlarda müşahidə olunsa da artıq cavanların arasında  artmağa başlamışdı.

Əhməd səkkiz saatlıq bəzən on iki saaatlıq ağır iş rejimindən sonra nə qədər çalışsa da rahatlıq tapa bilmirdi.Axı insanların taleyi tükdən asılı olduğu  halda  o necə rahat ola bilərdi?Bir yandan da geydikləri xüsusi geyimlər artıq hamısının səhhətinə təsir etməyə başlamışdı.

Bu gecə növbədə idi.Uzun -uzun müdaxilədən sonra nəhayət ki ağır xəstənin birini özünə gətirə bilmişdilər.Bu hissin təsirindən idi ki özündə bir yüngüllük bir rahatlıq hiss edirdi.Təəssüf ki bu çox da uzun sürmədi.Çox ağır halda klinikaya çatdırılan yaşlı qadınla əlli üç yaşlı oğlunun vəziyyəti hər kəsi qorxutmuşdu.Əhməd öz həmkarları ilə bərabər anayla-balaya ilkin yardımı göstərdilər.Lakin vəziyyəti kritik həddə çatan oğulu çarəsiz halda reanimasiyaya yerləşdirdilər.Deyəsən orta yaşlı kişinin sağalma şansı heç qalmamışdı. Əhməd qadının gözlərinə baxa bilmirdi.Ana canıyla əlləşdiyi halda balam hanı-deyib zarıdıqca hər kəs dərindən sasılırdı.Axı bu ananın yerində onların özləridə ola bilərdilər.Gecə uzandıqca uzanırdı.Saatlar ağır-ağır keçirdi.Əhməd qadına baxdıqca anasını xatırlayır ,dərdi qövr eləyib sınıq ürəyini daha da parçalayırdı.

Bütün səylərinə  baxmayaraq qadının oğlu səhərə yaxın öldü. Hər kəs dərin sarsıntı içində çaşıb qalmışdı.Gecədən bu yana yüz dəfə balam hanı deyib fəryad edən anaya nə cavab verəçəklərini düşünmək belə istəmirdilər.

-Xala sən narahat olma,oğlun yaxşıdır-desələrdə qadını inandıra bilmirdilər.Ana oğlunun adını çəkərək ah-nalə edirdi.”Ah ana ürəyi.Səni aldatmaqmı olar?Övladının çansız nəşini görməsədə artıq ürəyi onu yaxalayan fəlakəti çoxdan belə qulağına pıçııldamışdı.

Növbələrini təhvil verib çıxsalar da yaşadıqları sarsıntı hər birinə yaman təsir etmişdi.Əhməd yorğun,bitkin halda ona ayrılan otağa çəkildi.Nə qədər istəsədə qadının ağlar gözləri,damarı çıxmış əlləri xəyalından çəkilmədi.Yenə anası düşdü yadına.Balaca Jasmindən Caviddən ötrü burnunun uçu göynədi.Telefonunu götürüb körpələrin rəsminə baxdı.İçi sızı-sızım sızıldadı.

Həyat ona amansız davranmışdı.Anasının vaxtsız ölümü həyatında dərin iz buraxmışdı.Adını qoyduğu qızından anasının qoxusunu almaqla özünə təsəlli tapırdı,qızı da onun yanında deyildi.

Yatağına uzanıb qollarını başının altında çarpazladı.Qızını oğlunu düşünə-düşünə yuxuya daldı.Tez-tez səksənib ayılsa da gözlərini aça bilmədi.Yuxudan qan tər içində durub çölə boylandı.Əvvəl harada olduğunu kəsdirə bilməsə də sonradan oteldə olduğunu xatırlaya bildi.Elə həmin anda dünən gecə yaşananlar gözlərinin önündən kino lenti  kimi keçməyə başladı.Son dərəcə yorğun,bitkin halda qalxıb yazılan mesajlara cavab yazdı.Bəlkə bununla yaşananları bir anlıq da olsa unutmağa çalışdı

Əhməd təhkim olunduğu palataya girmişdi ki əsib çoşan hamilə qadının çığırmasının şahidi oldu.Qadın inadla ona olunan müdaxilələri rədd edir  ,mən xəstə deyiləm,məndə virus ola bilməz deyib haray çəkirdi.Əhməd xəstə qadına yaxınlaşıb tibb bacısını qadının dır-dırından xilas etdi.

-Xanım icazə verin işimizi görək -demişdi ki xanım yenidən coşdu.Az qala bağıra- bağra əlini- qolunu ölçməyə başladı.

-Mənim heç nəyim yoxdur.Siz bu uydurma virusunuzla gedin özünüzü aldadın.Mən illərlədir aptekə başçılıq edirəm.Təhsilim də sizdən geri qalmaz.Guya mən bilmirəm ki bütün bunlar uydurmadır?Gedin doktor bu yalanlarınızla başqalarını tovlayın.Hamısı pul tələsidir.Elə bilirsiniz xəbərim yoxdur?

-Xanım farmasevt olmağınız lap əla.Amma indi icazə verin işimizi görək.Bu pul tələsi olub sizdən pul istəyən var?Dövləti sağ olsun.Pulsuz müaliçə,pulsuz yemək,hər şeylə təmin olunmuş palatalar.Daha nə istəyirsiniz axı.Bunu belə deməklə hər kəsə haqqsızlıq etdiyini düşünmürsünüz?Olmaz belə.Siz bir az sakitləşin.

-Doktor bəy mənə iş öyrətməyin.Bu koronavirus sizin kimilərin fırıldağıdır.Elə bilirsiniz camaat çörəyi qulağına yeyir?

-Bəsdirin-Əhməd qadının dözülməz biri olduğunu görüb əsəbləşdi.Əgər sizin uşağınıza bir zərər gəlsə bunun təqsirkarı  siz olacaqsınız.Özünüzü ələ alıb bizə işimizi görməyə imkan verməsəniz ərinizə sizi şikayət edəcəm.

Bayaqdan əsib coşan qadın ərinin adını eşidib duruxdu.Bir iki dəqiqə dərin-dərin düşünərək Əhmədə müyinəyə içazə verdi.

Günlər çox ağır-ağır keçirdi.Sanki zaman dayanmış,həyat mənasını itirmişdi.Qorxu insanların canına ,qanına zərrə-zərrə işləyərək onları zəhərləməyə davam edirdi.Hər kə bir-birindən qorxub qaçan olmuşdu.İnsanların sabaha  olna ümidsizlikləri gözlərindən oxunurdu.Asqıran belə öz səbrindən ürkərək qorxunc xəstəliyə tutulacağının dəhşətini yaşayırdı.Xəstəliyə necə və harada yaxalanacaqlarını ehtimal  edə bilməyən əhali günlərini həyəcan və  əzab içində başa vururdular.

Aqil doktorun müayinə etdiyi xəstədən  koronavirusa yoluxduğunu eşidən  həmkarları  dərin sarsıntı içində idilər.Həyəcanla onun gətirilməsini gözləyirdilər.Budur artıq xüsusi ayrılmış təcili tibbi yardım maşınıyla gətirilən xəstəni palataya  aldılar.Aqil doktorun vəziyyəti həddindən artıq ağır idi.Hipoksiya ,ağır tənəffüs çatışmazlığı olduğu üçün dərhal süni tənəffüslə CRAP verildi.Lakin bu belə ona kömək ola bilmədi.İndidə intubasiya edilərək tam olaraq süni tənəffüsə keçirildi.Ağçiyərlərin hər ikisi total olaraq  pnevmoniya olduğuna görə hətta süni tənəffüs aparatı qanda oksigeni qaldıra bilmirdi.Süni tənəffüs aparatında 100 faiz  oksigen və yüksək PEEP verilməsinə baxmayaraq saturasiya 62-72h faiz idi.C reaktiv zülal  600 dən yuxarı qalxmışdı.

Real ölüm təhlükəsiylə burun-buruna idilər.Ya Aqil doktoru həyata qaytaracaqdılar ya da onunla bərabər özləri də yoluxacaqdılar.Gecəylə gündüzü qarışdırmışdılar.Bir insanı ölümdən dönməsi üçün var-qüvvələriylə çalışırdılar.

Maskanın üzündə buraxdığı izləri gözdən keçirdib yenidən ağır paltarları üzərinə geyindi.Hər dəfə bu paltarları geyinib soyunmaq ona  əzab verirdi.Bütün əzab əziyyətlərə rəgmən vüqarlı addımlarla yeriyərək işıqlı dəhlizə çıxdı.Gözlərinə inanmadı.Günlər sonra insanların maska altından belə hiss olan gülən gözlərini görüb ürəyi riqqətlə titrədi.

Hər kəsin belə  ağır günlərdə  güldüyünü görmək onun dumanlı ruhuna bir aydınlıq gətirmişdi.

Tələsik Aqil doktoru soruşdu.Onun palataya köcürüldüyünü eşidib kiçik uşaq kimi sevindi.Yeyin addımlarla palataya  doğru addımladı.Aqil doktorun solğunlaşmış simasına baxıb üzülsə də bunu bəlli etməməyə çalışdı.Ölümü adlatmış bu insanın yenidən həyata dönüşü  onların ən böyük zəfəri idi.Çiynindən ağır yük götürülmüş halda ona gülümsəyib göstəricilərini nəzərdən keçirdi.Artıq hər şey normala  dönmüşdü.Təhlükəli anlar geridə qalmışdı.

Aqil doktorun sağalmasındandı ya nədən idisə quş kimi rahatlanmışdı.Əzablar içində olan ruhu belə sanki dinçəlmişdi.Həkimlik elə bir ağır  sənətdir  ki,onu anlamaq ,onu dərk etmək hər kəslərin işi deyil.Hipokrat andı içib bu anda sadiq qalmaq da hər həkimin hünəri deyil.Vicdanını ,insanlığını unutmamaq ,adil olub hər kəslərə eyni gözlə baxmaq,bütün çətinliklərə rəğmən sonuna qədər mübarizə əzmini itirməmək də hər şəxsə xas olan xüsusiyyət deyildi.

Bu gün onlar həkim həmrəyliyinə sadiq qalaraq məslək yoldaşlarını ölümün ağır caynağından qoparıb alaraq hələ də insanlığın ölmədiyini bir daha hər kəslərə  sübut etmişdilər.Onların ağır əməyinə şübhə ilə baxan hər kəslərə bir örnək olmuşdular.

Artıq burada çalışdığı bir ay olardı.Günləri  gərginliklə başlayıb gərginliklə bitirdi.Ağır iş rejimi,çarəsiz insanlar,qorxunc xəstəlik onların da səhhətinə təsirsiz ötməmişdi.Əhməd  yaşadıqlarının təsirindən cox yorulmuşdu.Böyrəkləri onu incitməyə başlamışdı.Düzgün qidalanmırdı deyə mədəsi ağrıyırdı.Həkim atası fürsət tapan kimi onu bu yoldan döndərməyə çalışsa da Əhməd  öz yolundan dönmürdü.Bacısı ağlayıb yalvarsa da:-Bacı sən üzülmə .Allahın izniylə bütün bunların ömrü az olar.Bizdə sağ salamat evimizə dönərik-deyə ona ürək-dirək verirdi.

Öz dediyinə özü inanırdımı?Əlbətdə.Nə qədər ki ana torpağın fədakar həkimləri var,onlar hər işin öhdəsindən gələcəkdilər.Bütün bəşəriyyəti çənginə alan bu xəstəliklə mübarizədə onun kimi yüzlərlə vətən övladları vardı ki gecələrini gündüzlərinə qatıb xalqının keşiyində duracaqdı.

Ölkə başçısının həyata keçirdiyi önləyici tədbirlərə görə xəstəliyinin yayılma tezisi aşağı idi.Xalqın başçısı ən ağır zamanlarda  belə bütün lazımı tədbirləri həyata keçirdərək ən ağır günlərdə  onların yanında idi.Ayrılan böyük miqdarda vəsait insanların sağlamlığı üçün lazım olan tibbi avadanlığı almağa sərf olunurdu.Prezident hər daim xalqa müraciyətlə onları evdə qalmaqla bu xəstəliyin qarşısını almağa çağırırdı.

Bəs insanlar?Real təhlükəni gözə almayan,xəstəliyi önəmsəməyən əhali tədbiq olunan qaydalara tam əməl etmədiklərindən  təəssüf ki xəstələrin sayı durmadan artmağa başlamışdı.Əhməd bütün bunları gördükcə çox üzülürdü.İmdad diləyən xəstələri ona :-doktor qurbanın olum  mənə kömək edin-deyib yalvardıqca əzab çəkirdi.Qorxurdu.Qorxusu əbəs deyildi.Əgər belə getsə xəstəxanalarda yer qalmayacaqdı.İnsanların təfəkkürü nə qədər dəyişməz olaraq qalsa real təhlükə bir o qədər çox olacaqdı.Artıq telefonuna baxmaq belə istəmirdi.Tanıyıb bildiyi dost tanış hər dəfə zəng edib ondan yardım istədikcə Əhməd dünyasından küsürdü.Çarəsiz doktor gecələr yuxuya həsrət,gündüz dincliyə möhtac idi.

Başını qolları arasına alıb dərin fikrə dalmışdı.Xəstələrini düşündükcə qara fikirlər beyninə hüçüm çəkirdi.Dünən növbəni qəbul edəndən az sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan hamilə qadını qeysəriyyə əməliyyatına alıb uşağı xilas edə bilmişdilər.Amma ananın vəziyyəti son dərəcə ağır idi.Qadını düşündükcə ürəyi sızıldayırdı.Balaca körpənin gələcəyini düşündükcə bədəni üşürgələnirdi.Anasızlığın yaman dərd olduğunu hamıdan yaxşı o bilirdi.Hər yerdə onun nəfəsini axtarırdı.Bütün ömrünü verərdi anası üçün.Doymamışdı anasından.Otuz beş illik ömrünü uf demədən anası üçün qurban etməzdimi?Onun nəvazişli,kövrək səsini duymaq üçün canından keçməzdimi?

“Hardasan ana?Səsinə qurban olduğum hardasan?Kaş sağ olaydın.Kaş mənə hər gün zəng edib əhvalımı sən soruşaydın.Hələ yeməyini yeməmisən?- deyib məni danlayardın.Can bala axşam yatanda üstünü ört yat-deyib məni tənbehliyərdin.Hardasan ana?Gəl gör nə gündəyəm.Gəl gör sənin üçün nə qədər darıxmışam.Ana..Ana…Səni istəyirəm.Mən oğlun öləni əzrailin caynağından alan mən sənə kömək ola bilmədim.Sənin nəvazişinə doymadan səni öz əllərimlə soyuq torpağa təslim etdim.Ah ana,ah.Sən ölən gündən artıq biz biz ola bilmədik.Evimiin dadı-duzu qalmadı.Uça-uça ,qaça-qaça gəldiyim evimizə ayaqlarım daha məni çəkib gətirə bilmir.Anam mənim.Nur üzlü anam.Heç bilirsən sən rəhmətə getdiyin dördüncü gün olardı.Günel televizorun üstündə ilişib qalan dəvətnaməni açıb oxuyandan nə qədər ağladı.Bax Məmməd dedi.Daha bizi bu dəvətnamədəki kimi ailəvi çağırmayacaqlar.Daha bizim anamız yoxdur.Sən də mən də yetimik.Nəyimə gərəkdir bu dünyanın nazu neməti.Mənə anamı versinlər bu mənə yetər.Ana onda çox ağlamışdıq Günellə.Çox.Amma göz yaşlarının kimə faydası oldu ki?Hansı göz yaşı əzizini geri qaytara bildi ki bizim göz yaşlarımız səni bizə qaytaraydı?

Telefonun səsinə xəyallarından ayrıldı.Tanış nömrə deyildisə də açıb qulağna tutdu.Bir qadın fəryad qopara-qopara ağlayır,qurbanın olum doktor balamı mənə qaytar,körpəsini özü böyütsün,balası yetim qalmasın deyə iç döyürdü.Anladığı qədər bu bayaq barəsində dərin-dərin düşündüyü gənc qadının anası idi.Anan n fəryadı ona nənəsini xatırlatdı.Nənəsidə Məmmədin anasının üstünə qapanıb beləcə fəryad qopartmışdı.Qadına təskinlik vermək istəsədə dili söz tutmurdu.Kövrəlmişdi.Dil-dodağının əsməsini saxlaya bilmirdi.Axı o balası üçün çırpınan anaya nə deyib sakitləşdirə bilərdi?Məmməd əlini ağrıyan ürəyinin üstünə basdı.Bayaqdan bəbəklərinə dolan göz yaşları bulaq kimi qaynamağa başladı.

Kişilər ağlamaz deyirlər?Niyə ağlamasın ki?Ağlamaq zəiflik deyil ki?Ağlamaq bəzən məlhəmdir sınıq qəlblərə.Göz yaşı çarədir çarəsizliyə.Hər axan damla yaş bəzən bir pud ağırlığında olan ağrıları yuyub aparar ağrıyan qəlbinə əlac olar.Ağlayarsan ürəyin boşalar.Boşalar ki ,səndə bir az yüngülləşəsən.

Qeyri-ixtiyar axan göz yaşlarını silməyə belə  təşəbbüs  etmədi.Bu dəqiqə içi o qədər yanırdı ki…Ağrı acısını heç nəylə ifadə etmək iqtidarında deyildi.Bu göz yaşları bəlkə də onun yükünü bir az xəfiflədib içinə sərinlik səpəcəkdi.Qübar dolu ürəyi boşalsa bəlkə də dinçələcəkdi.

Yeməyə əl vurmadan gözlərini pəncərəyə zilləyib baxışlarını səmada,dənizdə saxladı.Uçaq quşlar necə də bəxtəvər idilər.Sonsuz fəzalarda qanad çalıb uçduqca azadlığın dadınımı çıxardırdılar?İnsan övladı bunca zaman bəxtəv və məsud olduğunu yalnız indimi anlamışdı?Hər gün problemlərdən giley-güzar  edərək tanrıya qarşımı çıxmışdılar?Bu yaradanın insanlara cəzasımı idi,yoxsa insan övladının bəşəriyyəti məhv etmək üçün hazırladığı bəla idi?Təəssüf ki bunu kimsə bilmirdi.Bilinən insanların bu bəla qarşısında ki acizliyi idi.

Nə qədər bu vəziyyətdə oturmuşdu bilmədi.Bir də saatına baxanda artıq növbəsinin  vaxtı çatdığını anlayıb soyuq qidanı ayaq üstü atışdıraraq tələsik hazırlanmağa başladı.

Xəstəxana çatan kimi geynmə otağına çəkildi.Yenə ağır olan xüsusi paltarları üstünə geyinərək maskanı üzünə taxdı.Burnu çox ağrıyırdı.Maska deyəsən üzünə gözünə ömürlük möhür basmışdı.Bənizində ki  ki göylüklərin yeri sızıldayırdı.

Dəhlizə yenicə adlamışdı ki Gülzar xanımla rastlaşdı.Hər daim onunla çiyin-çiyinə çalışan tibb bacısına gülümsəyərək başıyla salam verdi.Orta yaşlı bu xanım bütün xəstələrin anasına-bacısına çevrilmişdi.Bir həftə öncə xəstəxanaya gətirilən İbrahim dayını soruşduqda qadının gözlərindən  kədər dalğası keçdi.Daha artıq sual vermədən işinin başına döndü.Xəstələri bir-bir şəxsən özü yoxlayıb arxayınlaşandan sonra  İbrahim kişi yatan palataya yollandı.

İbrahim kişinin  yaşı altmış olsa da olduğundan cavan görünürdü.İllər saçalrında bəyaz çığır açıb onun simasına nur qatmışdı.Həyat dolu bu kişi qara çiyər çatışmamazlığından əzaiyyət çəkirdi.Bir yandan da bu zəhrimara qalmış virus onun ağçiyərini sıradan çıxartmışdı.İbrahim kişi Məmmədi görçək gülümsədi.Sanki xilaskarıni görürmüş kimi bayaqdan şiddətlə döyünən ürəyi sakitləşdi.

-Xoş gördük səni doktor.

-Xoş günün olsun İbrahim dayı.Necəsən bu gün?

-Nə yalan deyim a doktor.Belə bir təhərəm e.Elə bil əzrayıl mənimlə çilingağac oynayır.

-Belə danışma İbrahim dayı.Əzrayıl nə karədir səninlə çilinağac oynasın?-zarafatla dediyi sözə ikisi də gülümsədi.Birdəncə kişinin üzü qayğılandı.Gözləri yol çəkdi.Uzun-uzun fikirləşdikdən sonra qurumuş dodaqlarını diliylə islatdı.

-Deyirəm ay doktor.Bu yaşamaq nə şirinmiş.Əvvəl ölümü ağlından belə keçirmirsən.Elə bilirsən hələ illərlə yaşayacaqsan.Planlar qurursan.Beynində gözəl -gözəl günlərin xəyalını qurursan.Sən ağ buludlarda uçan arada əzrayıl gəlir ki ,bəsdir daha.Düş qabağıma gedirik.Eh ay doktor…Bilirəm öləcəm…

-Belə demə İbrahim dayı-Məmməd sözünün gerisini gətirə bilmədi.Kişi astaca əlini qaldırıb susması üçün işarə etdi.

-Bilirsən oğul səni ilk gördüyüm andan ürəyim tutdu.Sən çox yaxşı insansan doktor.Allah sənin qəlbinə  görə versin.Qanım sənə yaman qaynayır….Ağır-ağır nəfəs aldı.

-Bilirsən doktor mən hələ yaşamaq istəyirəm.Kiçik oğlumun toyunu eləmək ,ondan da bir nəvəni qucağıa alıb oynatmaq istəyirəm.Bizim arvadın bişirdiyi toyuqlu xəngəldən yeyib divanımda rahat-rahat yatmaq istəyirəm.Bax doktor həyat nə qədər şirindir.Sən yaşamaqdan doymadan həyat səndən doyur.Nə qədər xəyallarım vardı.Hamısı deyəsən yarımçıq olub bu boz divarlar arasında qalacaq.Nəvələrimi doyunca öpüb oxşatmadan ölməkdən qorxuram doktor.Bacımı-qardaşımı aylardır görmürdüm.Bu gün- sabah deyə-deyə ömrümü bada verdim.İndi burnumun ucu göynəyir onlardan ötrü.Əgər zamanı geri çevirmək olsaydı bir dəqiqə düşünmədən onlara qaçardım.Heyif ki hər şeyə geç qaldım.Doktor nəfəs almağım hər gün daha da çətinləşir.Əgər ölsəm uşaqlarıma çox ağrıdığımı söyləməyərsən.Deyərsiniz atanız yatıb durmadı.

Kişinin gözləri dolmuşdu.Məmməd kefi bir az da korlanmış halda kişiylə xüdafizləşib çölə çıxdı.Qəlbi məngənə içindəymiş kimi sıxılırdı.

Yalnız səhərə doğru xəstələrindən vaxt tapıb İbrahim kişiyə baş çəkmək üçün o yatan palataya daxil oldu.Kişi körpə uşaq məsumluğu ilə gözlərini qapamışdı.Onun yuxuladığını zənn edib astaca palatanı tərk elədərək növbəsini təhvil verdi.

Son dərəcə əzgin və bitkin idi.Gördükləri beyninə ,düşüncələrinə pis təsir edirdi.Cismidə yorulub taqətini itirmək üzrə idi.Bu günüdə belə yola vermişdi.İbrahim kişinin xəyalı onu rahat buraxmırdı.İçində adını qoya bilmədiyi təlaş vardı.Sanki zalım fələk ona yeni-yeni  bəd xəbərlər hazırlayaraq  yenilməz qürurunu sındırmaq istəyirdi.Qaynar şorbanı qaşıqlayıb telefonunu götürdü.Məsləkdaşının nömrəsini  yığıb bir xeyli gözlədikdən sonra nəhayət Xəzər bəy telefonu cavablandırdı.Məmməd həyəcanla   İbrahim kişinin halını  soruşdu.Bir andaca siması qaraldı,səsi boğuldu.

Eşitdiyi xəbər yorğun ruhuna öldürücü həmlə etdi.Bütün bədəni boşalıb süstləşdi.Həyat dolu,yaşamaqdan  doya bilməyən İbrahim dayı ölmüşdü.

Onun ömrünün az olduğunu bilsə də bu bəd xəbər ona bütün aldığı pis xəbərlərdən daha çox təsir etmişdi.Ard-ardına yaşadığı hadisələr,eşitdiyi xəbərlər ona ağır gəlmişdi.Yerinə girib gözlərini qapadı.İbrahi kişinin xəyalıyla danışa-danışa  ağır yuxuya daldı.

Bir cüt gözlər məhzun-məzhun ona baxır,bir cüt qurumuş dodaqlar məni ölməyə qoyma deyə fəryad edirdi.

Ayıldı.Hər yanı diqqətlə gözdən keçirdi.Yuxusu yadına düşdü.Röyasında onu süzən İbrahim kişidən başqası deyildi.Məmməd yuxunun təsirindən çıxmadan bir fincan soyuq suyu başına çəkdi.

Əlində telefon fikrə getmişdi.Saytlarda onun müsahibəsi yayılmışdı.Şərhləri oxuyub pərt olmuşdu.Mövcud vəziyyətə inanmayanlar onun əziyyətli işini ələ salıb ünvanına xoş olmayan sözlər yazmışdılar.Atılan iftiralar onu əsəbləşdirmişdi.

Telefonun əsməsinə başını qaldırıb ekrana baxdı.Günel idi.Yəqin yazılanları oda oxumuşdu ki aramsız zəng edirdi.

-Qaqaş salam.Nə zaman durmusan?

Günelin  həyəcanlı olmağı səs tonundan bəlli olurdu.

-Sən niyə yatmamısan hələ?Başını bu axmaq sözlərlə yorma.Mən hamıya eyni qədər xoş ola bilmərəm ki?Sənin qardaşın göydən düşməyib.Nə hirslənmə,nə pərt olma.Olan şeylərdir.Bu camaat bizi tərifləyib səni pis öyrədib.Nolsun yazıblar yazıblar da.Əşi ay Gülü dərd etdiyin şeyə bax.Məni tanıyanlar çox yaxşı bilirlər ki,mən bura sırf insanlara yardım etmək üçün gəlmişəm.Mənim malda ,pulda gözüm olmadığını hamı çox yaxşı bilir.Uca Allah göydən mənim qəlbimi görür.İndi ağıllı qız get başını qoy yat.Sən belə şeylərə bənd olma.

Bacısına təskinlik versə də ona pula görə bu işə razılaşdığını deyən insanlara qəzəblənmişdi.Axı bu boyda haqqsızlıq olmazdı.Niyə bu insanlar yaxşı niyyətlə ağır yükün altına girən həkimlərə qara  yaxmaqdan zövq alırdılar.Məqsədləri nə idi bu qara böhtanları yağdırmaqla.

Artıq orucluq ayının sonuncu günü idi.Rayonlara çadır aparan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.Kişininin vəziyyəti son dərəcə ağır qiymətləndirilirdi.Analizlərinin cavabları müsbət çıxmşdı.Deyilənə görə ondan başqa digər yoldaşlarıda bu virusa yoluxmuşdular.Qızdırma qırxa çatırdı.Artıq titrəmələr xəstəni şok vəziyyətinə çatdırmışdı..Dodaqları göyərib gözləri çevrilmişdi.

.Bütün həkimlər xəstəni həyata döndərmək üçün ağır mərəzlə mübarizəyə başlamışdılar.Saatlar uzandıqca uzanırdı..Uzun çəkən müdaxilədən sonra xəstəni özünə gətirməyə  nail olmuşdular.Hər kəs yorğunluqdan yıxılsa da xəstənin həyat da qalmasından sevinərək  daxilən rahatlanmışdılar.

Atasından nənəsindən başlayaq bütün əqrəbalara  bayram mesajı yazıb telefonu söndürdü.Çox halsız idi.Böyrəklərinin ağrısından sağ tərəfi sanki deşilirdi.Ağrı kəsici qəbul edib kresloya yayxandı.Nə qədər istəsədə yuxulaya bilmədi.Keçən günlərin xatirəsi yaddaşında təzələndi.Həmişə bayram ərəfəsində ana nənəsigilə yığışdıqları  günləri xatırladı.Anasının,nənəsinin,xalasının  birgə hazırladığı omanın külçənin qoxusu  burnuna doldu.Qarış-qarış uşaqlıq illərini gəzib  dolaşdı.Əziz günlərin əziz xatirəsi beynində yaddaşında yenidən təzələndi.

Dərindən ah çəkdi.Anasınnı məzarını gedib  ziyarət edə bilməməyi qəlbinə qara bulud kimi çökdü.Aradan ötən beş il boyunca ilk dəfə idi ki  Məmməd  anasının məzarını   ziyarət edə bilməyəcəkdi.Kədərin  gölgəsi vücüdunda dolaşırdı.Dayılarının,xalalarının  gedəcəklərini bilsə  də heç nə ona təskinlik ola bilmirdi.

Eyvana çıxıb şəhəri gözdən keçirdi.Hər yerdə hüzün,hər yerdə bir kədər vardı.Həmişə gur yanan işıqlar da sanki əvvəlkindən daha zəif yanırdı.

Böyrəyinin ağrısı bir az sakitləşmişdi.Gözləri yuxusuzluğa artıq  tab gətirə bilmirdi.Nə qədər yatmamağa çalışsa da göz qapaqları qeyri -ixtiyari qapandı.Məmməd yuxuya təslim olaraq oturduğu yerdəcə mışıl-mışıl yatdı.

Sabah erkəndən ayılıb ona gülümsəyən günəşi salamladı.Bu gün həmişəkindən daha gumrah,daha qıvraq  idi.Həvəslə gərnəşib əlini sinəsinə vurdu.

 

Xəstəxanaya gələr gəlməz yenicə qız uşağı dünyaya gətirən xəstənin artıq yaxşılaşmağa doğru olduğunu eşidib uşaq kimi sevindi.Günlər sonra aldığı bu müjdəli xəbər onun yaralarına məlhəm oldu.Bu gün hər zamankindən daha ürəkli daha əzimli hərəkət edərək üzərinə xüsusi geyimlərini geyinib həkim ordusunun  içinə qarışdı.Qarşıda onu böyük mübarizə və təhlükə gözləsədə o bu yoldan dönməməyə qərarlı idi.Bacısının inadla söylədiyi sözləri xatırlayıb  gülümsədi.

-Qardaş artıq aramıza dön.Bizi özünlə imtahana çəkmə.Gecələri yuxularım ərşə çəkilib.Burax artıq bu işi.Qoy bir azda başqaları məşğul olsun.Bu heç sənin ixtisasında deyil-deyə Məmməd doktora and-aman etdikdə  gənc həkim bacısına  gülümsəməklə yetinmişdi.

-Məmməd sən nə zamana qədər bu andıra qalmış virusla vuruşacaqsan -dediyi zaman Məmməd  doktor özündən əmin halda  baçısını sakitləşdirmişdi.  Tək bir kəlməylə hər kəsin şübhəsinə son qoymuşdu.

- Bacı bu bəla Azərbaycanda oldugu müddətcə mənim geri çəkilmək kimi bir niyyəytim yoxdur.Nə qədər ki sağlamlığım buna imkan verir  mən mövqeyimdən əsla vaz keçməyəcəm.Nə qədər ki nəfəs alıram bacardığım qədər hər kəsin yardımına qaçacam.. Allahın izni olarsa bir gün sağ salamat evimizə dönərik. Xəstəliyin keçib getməsinin sevincini yaşayarıq.İndi bacı icazə ver insanlara  mənim də bir xeyrim dəysin.

Bunu deyib Məmməd doktor  danışıqlarına  son vermişdi.Çünki qarşıda onu çətin ,eyni zamanda da ağır və  məsuliyyətli günlər gözləyirdi.

Vüqarlı,dəyanətli bir Azərbaycanlı  həkimin həyatının iki ayını  qələmə almaqla demək istədim ki hələ də ana torpaqda Hipokrat andına sadiq qalan istedalı gənc həkimlərimiz çoxdur.Onlar Xalqın başçısıyla həmrəy olub dövlətimizin,millətimizin sağlamlığının keşiyində duraraq   həyatlarını təhlükəyə ataraq bizləri qoruyurlar.

Gəlin bir olaq,birliq olaq.Bəşər övladınnı gələcəyi təhlükə altında olduğu bir vaxtda bız dəmir həlqə yaradaraq  bir biririmizə dəstək olaq.Bax onda biz bir  xalq ,bu millət olaraq    qüdrətimizi  qoruyub saxlayarıq.İstər bəşəri bəla olan karonavirus,istər ondan bətər bəla  olan erməniviruslarına qarşı birlik nümayiş etdirərək millətimizi,dövlətimizi qoruyub saxlayarıq.

Deyə bilmərəm dünyanı öz əsarəti altında saxlayan bu xəstəlik nə zaman yox olacaq.Olacaqmı olmayacaqmı bunu da bilmirəm.Tək bildiyim bir şey var.Oda Azərbaycan adlı bir məmləkətin,bir diyarın var olması üçün apardığı mübarizədir.Nə xoşbəxt bizlərə ki ,insanlarımızın sağlamlığı uğrunda mübarizə aparmağı bacaran qeyrətli övladlarıımız var.

Var olsun Azərbaycan adlı bir məmləkət .Var olsun elimizin qeyrəyli övladları.Var olsun bu məmləkətin keşiyini çəkən cəsur qızları və oğlanları.

 

 

 

Yazıya 687 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.