18 oktyabr 2025-ci il tarixində Ədalət Partiyasının qərargahında “Azərbaycanda çoxpartiyalı sistemin formalaşması və bu sistemdə Ədalət Partiyasının yeri və rolu” mövzusunda seminar keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Seminarda Partiyanın sədri Mütəllim Rəhimli, Ali Məclisin sədri Rahim Nuriyev, Siyasi Şura üzvləri və partiya üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Seminarın məruzəçisi Rahim Nuriyev çoxpartiyalı siyasi sistemin mahiyyəti, siyasi partiya anlayışı və onların quruluş formaları barədə ətraflı məlumat verib. O, Ədalət Partiyasının yaranma tarixi, fəaliyyət prinsipləri, ideoloji baxışları və cəmiyyətin inkişafında tutduğu mövqe barədə geniş söz açıb.
Sonra Ədalət Partiyasının sədri Mütəllim Rəhimlinin Partiyanın IX Qurultayındakı yekun çıxışında irəli sürdüyü fəaliyyət istiqamətləri bir daha dinlənilib və müzakirə edilib.
Seminarın sonunda Partiyanın qarşıdakı dövr üçün əsas hədəfləri – cəmiyyətin maarifləndirilməsi, partiyanın ideoloji əsaslarının təbliği, partiya üzvlərinin fəallığının artırılması və ictimai dialoqun genişləndirilməsi kimi istiqamətlər də müzakirə olunub.
Partiyanın sədri Mütəllim Rəhimli yekun sözü söyləyərək, tədbiri yüksək qiymətləndirib və təşkilatçılara – R.Nuriyevə, E.Xəlilova, seminar iştirakçılarına təşəkkür edib.
Ədalət Partiyasının Mətbuat Xidməti
Yazıya 26 dəfə baxılıb