Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

117406866_655218668418292_4939632639330709467_n“Ecoprint” nəşriyyatında istedadlı şair Səxavət Ənvəroğlunun “GEDİRƏM…” adlı sayca 5-ci şeirlər kitabı işıq üzü görüb. Kitaba şairin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib.

Azərbaycan Jurnalistlər birliyinin üzvü Səxavət Ənvəroğlu (Seyidməmmədov) 1964-cü il mart ayının 5-də vətənimizin dilbər güşələrindən olan Quba rayonunun Qımıl kəndindəanadan olub. 1981-ci ildə orta məktəbi, 1984-cü ildə Azərbaycan Dənizçilik Akademiyasının (keçmiş Qafur Məmmədov adına Bakı Dəniz yolları məktəbi) Gəmi güc qurğularının istismarı şöbəsini mexanika ixtisası üzrə bitirib.

Gənc yaşlarından bədii yaradıcılıqla da məşqul olan S.Ənvəroğlu, peşəsi ilə əlaqədar olaraq ömrünün 40 ilə yaxın dövrünü qürbətdə, dünya sularında üzməklə keçirib. Buna baxmayaraq Vətən, yurd sevgisi onun poeziyasının qayəsini təşkil edib. Çünki, o, hara üz tutubsa qəlbində Azərbaycanı aparıb və dalğalar sahilə can atan kimi o da həmişə geriyə – Vətənə can atıb, ürəyi Vətən eşqi ilə alışıb – yanıb. Bu hisslər onun bütün vətənpərvərlik şeirlərindən açıq-aydın duyulur. Ata-anaya məhəbbət, dosta sədaqət, böyüklərə ehtiram da şairin yaradıcığında geniş yer tutur. Sevgidə etibarı əsas tutan müəllifin təlatümlü, qasırğalı dəniz, dənizçilik həyatı ilə bağlı şeirlərində isə amansız fırtınalarda yaşadığı duyğular canlandırılır.

“Gedirəm…”, şairin  “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017) və “Sətir-sətir oxu məni” (2018) kitablarından sonra oxucularla beşinci görüşüdür. Müxtəlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən topludakı şeirlər, müəllifin  poetik dünyasının ən son nümunələridir.

Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin,  Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvüAnar Məmmədovdur.118268257_303255274275817_57922927881844622_n

Yazıya 363 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.