Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti ilə daha bir mühüm ədəbi layihə uğurla həyata keçirilib.
Mərkəzin sədri, tanınmış ədəbiyyatşünas və esseist Əsəd Cahangirin rəhbərliyi ilə Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylının “Sərhədləri aşan adam” adlı şeirlər kitabı gürcü dilində nəşr olunub.
Kitabın gürcü dilinə tərcüməçisi və redaktoru İmir Məmmədlidir. Bu nəşr Azərbaycan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin inkişafı, xalqlarımız arasında dostluq və mədəni körpülərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Sərhədləri aşan adam” kitabında Vəli Qaraçaylının vətən sevgisini, milli-mənəvi dəyərlərə bağlılığını, insanın mənəvi aləmini və həyat fəlsəfəsini əks etdirən seçmə şeirləri yer alıb.
Nəşrin ərsəyə gəlməsində Borçalı Cəmiyyətinin sədri Ramiz Həsənovun maliyyə dəstəyi xüsusi rol oynayıb.
Yazıya 14 dəfə baxılıb








