Türk dünyasının müxtəlif coğrafiyalarında yaşayan rəssamları bir araya gətirən “Dünyanı Sənət Xilas Edəcək – Türk Dövlətlərinin Rəssamlarının Beynəlxalq Kataloqu” artıq çapa hazırlanıb.
Beynəlxalq sülh rəssamı Nəvai Metinin ideya müəllifliyi və təşkilatçılığı ilə hazırlanan layihə sənət vasitəsilə xalqlar arasında mədəni əlaqələrin, dostluğun, birliyin və sülh ideyalarının gücləndirilməsini qarşıya məqsəd qoyur.
Kataloqda Türk dövlətlərindən və türk dünyasının müxtəlif coğrafiyalarından olan rəssamların yaradıcılığı təqdim edilir. Layihənin əsas xüsusiyyətlərindən biri isə iştirakçıların dilindən, dinindən, milli mənsubiyyətindən və yaşadığı coğrafiyadan asılı olmayaraq sənət ətrafında bir araya gətirilməsidir.
Layihənin əsas mesajı belədir:
“Sənət üçün sərhəd anlayışı yoxdur.”
Rəssamların əsərləri yalnız estetik dəyər daşımır; onlar eyni zamanda sevgi, sülh, birlik, insanlıq və qarşılıqlı hörmət kimi ümumbəşəri dəyərləri ifadə edir.
Kataloqun ideya müəllifi və dizayneri, UASB Azərbaycan və Orta Asiya təmsilçisi, Beynəlxalq Sülh Rəssamı Nəvai Metin bildirir:
“Biz rəssamları yalnız əsərləri ilə deyil, yaratdıqları mənəvi körpülərlə bir araya gətiririk. Sənətin dili yoxdur. Bütün rəssamların bir dili var — əsəri. Onu yalnız anlamaq istəyənlər anlar.”
“Dünyanı Sənət Xilas Edəcək” layihəsi Nəvai Metinin beynəlxalq sənət layihələrinin davamı olaraq Türk dünyasının rəssamlarını vahid sənət platformasında birləşdirməyi hədəfləyir.
Kataloqun yaxın günlərdə çapdan çıxması və sənət ictimaiyyətinə təqdim olunması nəzərdə tutulur.
Layihənin şüarı:
DÜNYANI SƏNƏT XİLAS EDƏCƏK
Sülh üçün sənət. Birlik üçün sənət. İnsanlıq üçün sənət.
Yazıya 13 dəfə baxılıb










