Kultur.az Gülsadə İbrahimlinin şeirlərini təqdim edir.
SƏNİ AXTARIRAM
Səni axtarıram,
Hər gülüşdə, hər baxışda.
Küçələrdə ayaqların,
Addım-addım iz saldığı
Hər naxışda.
İzlərini axtarıram.
Kirpik altdan boylanıram baxışlara,
Gözlərini axtarıram.
Sən sevilən, mən sevənin,
İnsan oğlu bitirməyib bu dastanı,
Sevgi adlı bir yalanı.
Böyük eşqlər tək tərəfli,
Sevgilərin körpəsidir.
Bu sevgidə cüt olmadıq,
Təkimizi axtarıram.
Axtarıram bu şəhərdə,
Sənin üçün sən olanda
Mən olmayan küçələri.
Axtarıram günəşimi
Dəfn etdiyin gecələri,
Qarışmısan bu şəhərin
Havasına, suyunamı?
Ovuc qədər bu şəhərdə,
Sən sabahsan, mən gecəyəm.
Qovuşmayır yollarımız,
Sən ötmürsən heç yanımdan.
Bircə köhnə tanış kimi,
Təsadüfən qarşıma da çıxmırsan.
Bir baxışlıq nəfəsim var,
Ürəyimdə gizləmişəm,
Ürəyimi sıxmırsan.
Gizlədibdir şəhər səni,
Bircə məndən gizlədibdir.
Tanış olan bu şəhərə yad kimiyəm.
Bu şəhərdən gizli səni,
İnan səndən gizli səni,
Axtarıram, axtarıram, axtarıram…
TƏLƏSƏRKƏN YUBANMIŞIQ
Bir zaman ürəyimdəki alovdun,
Əlimin içini tərlədən qırovdun.
mənim üçün.
İndi isə sovurursan
sənin üçün
yanıb sönmüş bir ürəyin közünü, külün.
Nə oldu bizə?
Nə oldu, gözlərdən gözlədiyimiz
Hər kəsdən gizlədiyimiz
sevgimizə?!
Baxış-baxış aralandıq,
Söz-söz yaralandıq.
Yarıldıq,
Yarılandıq.
Sazağına düşdük xəyanətin,
Kül elədik
ürəklərin alovlanmış məhəbbətin.
Deyilməmiş sevgi sözləriydi
Əslindəsə ayrılıqlar.
Sarılmamış üstü açıq yaralardı
Aradakı yalnızlıqlar.
Salondakı çığrışmalar,
Yataqdakı susqunluqlar.
Sən yad oldun,
mən yabancı,
Yaşanmışlar yalan olmuş,
biz yalançı.
İçimizdə sevgimizə
Ölüm doğan acı sancı.
Azalırıq hər sancıda.
Kəlmə-kəlmə azalırıq,
Baxış-baxış azalırıq,
Tələsərkən yubanmışıq bu sevgiyə.
Gedən getmiş,
Bitən bitmiş,
Bizsə hələ boylanırıq
Bizi çoxdan qabaqlamış
Bir keçmişə, bir geriyə.
SEVGİM QƏDƏR GÜNAHIMSAN
Sevgim qədər günahımsan,
Səni sevmək cinayətdi.
Cinayəti işlədim mən…
Güllələdim mənliyimi
Gözlərinlə.
Sözlərinin hökmüylə mən.
Dustaq oldum kimliyində.
Səni sevmək cinayətdi.
Sənli bir an
Bir ömürün sinonimi.
Səni sevdim,
Bilə-bilə bu sevginin
Başdan sona cəhənnəmlik
Günah qədər olduğunu.
Gözlərinə hər baxanda
İradəmin intiharlar
Qoxduğunu.
Səni sevdim…
Duya-duya varlığında
Hiss etdiyim yoxluğunu.
Sevgim qədər günahımsan…
Bir öpüşlük səadətimtək
Məsum günah!
Hər nəfəsdə ürəyimi kül eləyən
Yanğılı ah…
Əllərində ölən məndim,
Bu sevgidə sevən məndim.
Gələn məndim,
Gedən məndim.
Baxışınla vur qəlbimdən,
Bu sevgiylə
Ölümlərə layiqəm mən.
BAKIYA MƏKTUB
Salam Bakı, necəsən?
Çoxdandır görüşmürük,
Çoxdandır sürüşmürük,
Xəyalların dizindən
Xəzərin ətəyinə.
Mən gedəli deyəsən
Sən yaman dəyişmisən.
Kim inanıb
məndən sonra sənə, kim?
Aldadırsanmı
yenə sənə baxanı
Gəl-gəl deyən etinasız gülüşlərinlə?
Çəkirsənmi batağına
Xəzri qoxan mavi öpüşlərinlə?
Gəlib-gedəndən alıram sorağını… Deyirlər dəyişmisən,
O qədər tənhasan ki,
Öz içində şişmisən
Xəzərə sürüşürsən…
Mən səndə təkliyi öyrəndim,
Bakı!
Əzbərlədim,
Göstərdiyin sifətlərin cizgisini,
Səndə sındırdım toy gecəmin güzgüsünü…
Nəsə, hələlik
Uzanmasın bu söhbət.
Gələcəyəm bir gün,
Alacam sorağını
Xəzərin göz yaşından.
Sənin də təkliyinə,
Şeir qoşacam əlbət!
APRELDƏKİ TƏBİƏT
Aprel yağışlarında
Yuyunubdur təbiət.
Yeniyetmə qız kimi.
Qusul verib,
Gecədən qalma bir günaha
Yenidən doğur yaz gününü,
Sirr dolu bir sabaha.
Bakirəliyi xatırladan,
Bir saflıq var təbiətdə.
Yuyunub,
Daranıb,
Yazın öpüşləri ilə
Dodaqları islanıb,
Oxşanıbdır telləri.
Aprel yağışlarında.
Günəş nazla,
Qəmzə ilə ayılıb,
Gözün açır yeni günə.
Səhər mehi yellədikcə
Yataq otağımın pərdələrini
Pəncərəmdən boylanıb
Oğrun-oğrun süzür
Yastığıma dağılan saçlarımı.
Sevirəm təbiətin
Apreldəki bu halını.
KİŞİLƏR ÇƏTİN SEVƏR
Əsl sevgiylə çətin sevər kişilər.
Sevdiyinə qovuşsa sevgisi ölər,
Qovuşmasa özü.
Hər yatağına girdikcə
Başqa xəyala sarılıb,
Başqa bədəndə öldükcə…
Səssiz-səssiz
Söndükcə odu,
Qaldıqca közü
Ölər kişilər.
Nakam məhəbbətin
Adın qoyar övladına.
Adını çəkdikcə qanad verər,
Uça bilməyəcək xəyalının adına.
Sevdiyi düşsə yadına
Nifrət edər, öfgə qusar.
Sadəcə hörmət edər
Evindəki qadına
Nəyin xətrinə.
Nəyin adına?!
Bilməz kişilər.
Sevdimi sevər!
Göz yaşsız ağlamağı öyrənər,
Taleyinə üsyan edər, dirənər.
Zəifdir əslində,
Sadəcə güclü görünər,
Sevgiyə yenilməyi daha asandır…
Oysa…
Kişilər çətin sevər.
Sevdimi sevər,
Sevməyən bir kişi
Bir qadını
Sevdiyi hər şey üçün peşman edər.
CƏNNƏTİNDƏN QOVULAN QADIN
Kişilər olmasaydı
Qadın mələk olardı.
Anasının bətnindən
Məzarın bətninədək,
Təmiz və saf qalardı.
Kişi sevdası üçün
Özündən əlin üzüb,
Qadın olacaq deyə
Get soruş nəyə dözüb.
Bir sevdanın uğrunda
İzindən itən qadın.
Zərif deyiblər sənə,
Sırf zəif görmək üçün.
Ana olubdur qadın
Cəzasıydı əslində!
Hiddətlənmiş yaradan
Cəza vermiş bu yükü,
Cəza vermiş qadına.
Mənsə cəfa mələyi
deyirəm ana adına.
Görməmişəm Tanrını,
Yəqin o da kişidi.
Bir qadının ömrünə
Ağrı-acını yazmaq
Mütləq kişi işidi.
BAŞDAN YARAT
Ey Tanrım, canım yanır,
Ürək məni nə sanır.
Bircə xoş sözə qanır,
Ətdən oldum, əzildim,
Daş yaradaydın məni.
Gülüm soldu budaqda,
Eşqim öldü dodaqda.
Közüm söndü ocaqda,
Quru idim, tez yandım,
Yaş yaradaydın məni.
Günüm, gecəm zəhərdi,
Dərdim dərddən betərdi.
Bu dərdi kim çəkərdi?
Ayaq oldum yoruldum,
Baş yaradaydın məni.
Tale gülmür üzümə
Qəm çatıram sözümə.
Rəhmim də yox özümə,
Göz olub kor baxınca,
Qaş yaradaydın məni.
Bir də gəlsəm dünyaya,
Qanmam eşqə, sevdaya.
Əmr sənin, Xudaya,
Öldürüb də yenidən
Kaş yaradaydın məni.
BİZ ŞAİRLƏR
Sənət meydanıdır bu,
Yaşayırıq fikrimizlə.
Sözümüzlə
Savaşırıq çox zaman.
Zehnimizlə, özümüzlə.
Od tuturuq, alışırıq,
Dünya ilə
Gah küsürük, barışırıq,
Biz şairlər tayfası…
Dost oluruq sözə bəzən,
Bəzən düşmən kəsilirik.
Ürəyimiz üzümüzdə
Nə yaşasaq görür hamı.
Daim yanar içimizdə
Duyğuların nurlu şamı,
Pərvanəyik od-ocağa…
Buz kimiyik, daş kimiyik,
Bəzən gözdə yaş kimiyik,
Biz şairlər tayfası.
Çiynimizə bu dünyanı ala billik,
Yer üzündən köçsək belə,
Ürəklərdə qala billik.
Susuz çiçək görsək bir an,
Ondan əvvəl sola billik.
Vətən üçün yanırıq biz,
Hər kəsi “biz” sanırıq biz.
Zaman verər bizə yaşı.
Söz deməyi bacardıqsa,
Yaşayarıq.
Şeir sənət varsa, varıq,
Biz şairlər tayfası.
SƏNİ AXTARIRAM
Səni axtarıram,
Hər gülüşdə, hər baxışda.
Küçələrdə ayaqların,
Addım-addım iz saldığı
Hər naxışda.
İzlərini axtarıram.
Kirpik altdan boylanıram baxışlara,
Gözlərini axtarıram.
Sən sevilən, mən sevənin,
İnsan oğlu bitirməyib bu dastanı,
Sevgi adlı bir yalanı.
Böyük eşqlər tək tərəfli,
Sevgilərin körpəsidir.
Bu sevgidə cüt olmadıq,
Təkimizi axtarıram.
Axtarıram bu şəhərdə,
Sənin üçün sən olanda
Mən olmayan küçələri.
Axtarıram günəşimi
Dəfn etdiyin gecələri,
Qarışmısan bu şəhərin
Havasına, suyunamı?
Ovuc qədər bu şəhərdə,
Sən sabahsan, mən gecəyəm.
Qovuşmayır yollarımız,
Sən ötmürsən heç yanımdan.
Bircə köhnə tanış kimi,
Təsadüfən qarşıma da çıxmırsan.
Bir baxışlıq nəfəsim var,
Ürəyimdə gizləmişəm,
Ürəyimi sıxmırsan.
Gizlədibdir şəhər səni,
Bircə məndən gizlədibdir.
Tanış olan bu şəhərə yad kimiyəm.
Bu şəhərdən gizli səni,
İnan səndən gizli səni,
Axtarıram, axtarıram, axtarıram…
TƏLƏSƏRKƏN YUBANMIŞIQ
Bir zaman ürəyimdəki alovdun,
Əlimin içini tərlədən qırovdun.
mənim üçün.
İndi isə sovurursan
sənin üçün
yanıb sönmüş bir ürəyin közünü, külün.
Nə oldu bizə?
Nə oldu, gözlərdən gözlədiyimiz
Hər kəsdən gizlədiyimiz
sevgimizə?!
Baxış-baxış aralandıq,
Söz-söz yaralandıq.
Yarıldıq,
Yarılandıq.
Sazağına düşdük xəyanətin,
Kül elədik
ürəklərin alovlanmış məhəbbətin.
Deyilməmiş sevgi sözləriydi
Əslindəsə ayrılıqlar.
Sarılmamış üstü açıq yaralardı
Aradakı yalnızlıqlar.
Salondakı çığrışmalar,
Yataqdakı susqunluqlar.
Sən yad oldun,
mən yabancı,
Yaşanmışlar yalan olmuş,
biz yalançı.
İçimizdə sevgimizə
Ölüm doğan acı sancı.
Azalırıq hər sancıda.
Kəlmə-kəlmə azalırıq,
Baxış-baxış azalırıq,
Tələsərkən yubanmışıq bu sevgiyə.
Gedən getmiş,
Bitən bitmiş,
Bizsə hələ boylanırıq
Bizi çoxdan qabaqlamış
Bir keçmişə, bir geriyə.
SEVGİM QƏDƏR GÜNAHIMSAN
Sevgim qədər günahımsan,
Səni sevmək cinayətdi.
Cinayəti işlədim mən…
Güllələdim mənliyimi
Gözlərinlə.
Sözlərinin hökmüylə mən.
Dustaq oldum kimliyində.
Səni sevmək cinayətdi.
Sənli bir an
Bir ömürün sinonimi.
Səni sevdim,
Bilə-bilə bu sevginin
Başdan sona cəhənnəmlik
Günah qədər olduğunu.
Gözlərinə hər baxanda
İradəmin intiharlar
Qoxduğunu.
Səni sevdim…
Duya-duya varlığında
Hiss etdiyim yoxluğunu.
Sevgim qədər günahımsan…
Bir öpüşlük səadətimtək
Məsum günah!
Hər nəfəsdə ürəyimi kül eləyən
Yanğılı ah…
Əllərində ölən məndim,
Bu sevgidə sevən məndim.
Gələn məndim,
Gedən məndim.
Baxışınla vur qəlbimdən,
Bu sevgiylə
Ölümlərə layiqəm mən.
BAKIYA MƏKTUB
Salam Bakı, necəsən?
Çoxdandır görüşmürük,
Çoxdandır sürüşmürük,
Xəyalların dizindən
Xəzərin ətəyinə.
Mən gedəli deyəsən
Sən yaman dəyişmisən.
Kim inanıb
məndən sonra sənə, kim?
Aldadırsanmı
yenə sənə baxanı
Gəl-gəl deyən etinasız gülüşlərinlə?
Çəkirsənmi batağına
Xəzri qoxan mavi öpüşlərinlə?
Gəlib-gedəndən alıram sorağını… Deyirlər dəyişmisən,
O qədər tənhasan ki,
Öz içində şişmisən
Xəzərə sürüşürsən…
Mən səndə təkliyi öyrəndim,
Bakı!
Əzbərlədim,
Göstərdiyin sifətlərin cizgisini,
Səndə sındırdım toy gecəmin güzgüsünü…
Nəsə, hələlik
Uzanmasın bu söhbət.
Gələcəyəm bir gün,
Alacam sorağını
Xəzərin göz yaşından.
Sənin də təkliyinə,
Şeir qoşacam əlbət!
APRELDƏKİ TƏBİƏT
Aprel yağışlarında
Yuyunubdur təbiət.
Yeniyetmə qız kimi.
Qusul verib,
Gecədən qalma bir günaha
Yenidən doğur yaz gününü,
Sirr dolu bir sabaha.
Bakirəliyi xatırladan,
Bir saflıq var təbiətdə.
Yuyunub,
Daranıb,
Yazın öpüşləri ilə
Dodaqları islanıb,
Oxşanıbdır telləri.
Aprel yağışlarında.
Günəş nazla,
Qəmzə ilə ayılıb,
Gözün açır yeni günə.
Səhər mehi yellədikcə
Yataq otağımın pərdələrini
Pəncərəmdən boylanıb
Oğrun-oğrun süzür
Yastığıma dağılan saçlarımı.
Sevirəm təbiətin
Apreldəki bu halını.
KİŞİLƏR ÇƏTİN SEVƏR
Əsl sevgiylə çətin sevər kişilər.
Sevdiyinə qovuşsa sevgisi ölər,
Qovuşmasa özü.
Hər yatağına girdikcə
Başqa xəyala sarılıb,
Başqa bədəndə öldükcə…
Səssiz-səssiz
Söndükcə odu,
Qaldıqca közü
Ölər kişilər.
Nakam məhəbbətin
Adın qoyar övladına.
Adını çəkdikcə qanad verər,
Uça bilməyəcək xəyalının adına.
Sevdiyi düşsə yadına
Nifrət edər, öfgə qusar.
Sadəcə hörmət edər
Evindəki qadına
Nəyin xətrinə.
Nəyin adına?!
Bilməz kişilər.
Sevdimi sevər!
Göz yaşsız ağlamağı öyrənər,
Taleyinə üsyan edər, dirənər.
Zəifdir əslində,
Sadəcə güclü görünər,
Sevgiyə yenilməyi daha asandır…
Oysa…
Kişilər çətin sevər.
Sevdimi sevər,
Sevməyən bir kişi
Bir qadını
Sevdiyi hər şey üçün peşman edər.
CƏNNƏTİNDƏN QOVULAN QADIN
Kişilər olmasaydı
Qadın mələk olardı.
Anasının bətnindən
Məzarın bətninədək,
Təmiz və saf qalardı.
Kişi sevdası üçün
Özündən əlin üzüb,
Qadın olacaq deyə
Get soruş nəyə dözüb.
Bir sevdanın uğrunda
İzindən itən qadın.
Zərif deyiblər sənə,
Sırf zəif görmək üçün.
Ana olubdur qadın
Cəzasıydı əslində!
Hiddətlənmiş yaradan
Cəza vermiş bu yükü,
Cəza vermiş qadına.
Mənsə cəfa mələyi
deyirəm ana adına.
Görməmişəm Tanrını,
Yəqin o da kişidi.
Bir qadının ömrünə
Ağrı-acını yazmaq
Mütləq kişi işidi.
BAŞDAN YARAT
Ey Tanrım, canım yanır,
Ürək məni nə sanır.
Bircə xoş sözə qanır,
Ətdən oldum, əzildim,
Daş yaradaydın məni.
Gülüm soldu budaqda,
Eşqim öldü dodaqda.
Közüm söndü ocaqda,
Quru idim, tez yandım,
Yaş yaradaydın məni.
Günüm, gecəm zəhərdi,
Dərdim dərddən betərdi.
Bu dərdi kim çəkərdi?
Ayaq oldum yoruldum,
Baş yaradaydın məni.
Tale gülmür üzümə
Qəm çatıram sözümə.
Rəhmim də yox özümə,
Göz olub kor baxınca,
Qaş yaradaydın məni.
Bir də gəlsəm dünyaya,
Qanmam eşqə, sevdaya.
Əmr sənin, Xudaya,
Öldürüb də yenidən
Kaş yaradaydın məni.
BİZ ŞAİRLƏR
Sənət meydanıdır bu,
Yaşayırıq fikrimizlə.
Sözümüzlə
Savaşırıq çox zaman.
Zehnimizlə, özümüzlə.
Od tuturuq, alışırıq,
Dünya ilə
Gah küsürük, barışırıq,
Biz şairlər tayfası…
Dost oluruq sözə bəzən,
Bəzən düşmən kəsilirik.
Ürəyimiz üzümüzdə
Nə yaşasaq görür hamı.
Daim yanar içimizdə
Duyğuların nurlu şamı,
Pərvanəyik od-ocağa…
Buz kimiyik, daş kimiyik,
Bəzən gözdə yaş kimiyik,
Biz şairlər tayfası.
Çiynimizə bu dünyanı ala billik,
Yer üzündən köçsək belə,
Ürəklərdə qala billik.
Susuz çiçək görsək bir an,
Ondan əvvəl sola billik.
Vətən üçün yanırıq biz,
Hər kəsi “biz” sanırıq biz.
Zaman verər bizə yaşı.
Söz deməyi bacardıqsa,
Yaşayarıq.
Şeir sənət varsa, varıq,
Biz şairlər tayfası.
Yazıya 1360 dəfə baxılıb